Dövlət Gömrük Komitəsinin əməkdaşlarına ali xüsusi rütbələr verilib | 1news.az | Xəbərlər
Rəsmi

Dövlət Gömrük Komitəsinin əməkdaşlarına ali xüsusi rütbələr verilib

15:40 - 30 / 01 / 2021
Dövlət Gömrük Komitəsinin əməkdaşlarına ali xüsusi rütbələr verilib

Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında sərəncam verib.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, Sərəncamla Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin aşağıdakı əməkdaşlarına gömrük xidməti general-mayoru ali xüsusi rütbəsi verilib:

Xəlilov Təmkin Həsən oğlu – Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsinin rəisi

Mehdiyev Telman Hüseynqulu oğlu – Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi

Novruzov Qulu Novruz oğlu – Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Akademiyasının rəisi.

S.Xankişiyeva

 

Paylaş:
1027

Son xəbərlər

Bütün xəbərlər