Azərbaycanda “Dövlət Nəzarəti İnformasiya Sistemi” yaradılır | 1news.az | Xəbərlər
Rəsmi

Azərbaycanda “Dövlət Nəzarəti İnformasiya Sistemi” yaradılır

16:07 - 30 / 01 / 2021
Azərbaycanda “Dövlət Nəzarəti İnformasiya Sistemi” yaradılır

Prezident İlham Əliyev “Dövlət Nəzarəti İnformasiya Sistemi”nin yaradılması haqqında fərman imzalayıb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, fərmana əsasən, “Dövlət Nəzarəti İnformasiya Sisteminin iş Qaydası” təsdiq edilib.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyası:

Dövlət Nəzarəti İnformasiya Sisteminin fəaliyyətini təmin etməli;

yerli icra hakimiyyəti orqanlarının fəaliyyətinin səmərəliliyinin qiymətləndirilməsi üçün əsas səmərəlilik göstəricilərini müəyyən etsin və qiymətləndirməni aparmalı; Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə birgə Dövlət Nəzarəti İnformasiya Sisteminin informasiya təhlükəsizliyinin təmin edilməsi üçün tədbirlər görməlidir.

S.Xankişiyeva

 

Paylaş:
683

Son xəbərlər

Bütün xəbərlər