Dünyada koronavirusa yoluxanların sayı 501 mindən çox artıb
Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 501 mindən çox artıb.
1news.az-ın "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.
Məlumata əsasən, ötən sutka ərzində 501 930 nəfər yeni koronavirusa yoluxub, 11 986 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 102 083 344, ölənlərin isə 2 209 195 nəfərə çatıb.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.
Təsdiqlənmiş yoluxma hadisələrinin əksəriyyəti ABŞ-da qeydə alınıb - 25 676 612 nəfər. Siyahıda daha sonra Hindistan (10 746 183), Braziliya (9 118 513), Rusiya (3 850 439), Böyük Britaniya (3 743 738), Fransa (3 125 351), İspaniya (2 705 001), İtaliya (2 541 783), Türkiyə (2 470 901) Almaniya (2 216 363), Kolumbiya (2 077 633) və Argentina (1 915 362) gəlir.
1news.az
600