Bakıda daha bir marşrut xəttinə yeni iritutumlu avtobuslar verildi | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda daha bir marşrut xəttinə yeni iritutumlu avtobuslar verildi

14:31 - 02 / 02 / 2021
Bakıda daha bir marşrut xəttinə yeni iritutumlu avtobuslar verildi

217 nömrəli müntəzəm marşrut üzrə sərnişindaşımalara iritutumlu “İsuzu-Citibus” markalı avtobuslar cəlb edilib.

Bakı Nəqliyyat Agnetliyindən 1news.az-a verilən məlumata görə, iritutumlu və müasir avtobusların istifadəyə verilməsi ilə bağlı Məhəmmədi kəndinin sakinləri məmnunluqlarını bildirib.

Dəyişiklik sayəsində gün ərzində 217 nömrəli marşrut xəttindən istifadə edən 10 minə yaxın sərnişinin rahat və təhlükəsiz daşınması təmin edilib.

Qafar Ağayev

Paylaş:
553

Son xəbərlər

Bütün xəbərlər