Fransız jurnalist: 44 günlük müharibədə qələbə qazanan Azərbaycan beynəlxalq hüquqla tanınan ərazilərini azad edib | 1news.az | Xəbərlər
Siyasət

Fransız jurnalist: 44 günlük müharibədə qələbə qazanan Azərbaycan beynəlxalq hüquqla tanınan ərazilərini azad edib

21:16 - 02 / 02 / 2021
Fransız jurnalist: 44 günlük müharibədə qələbə qazanan Azərbaycan beynəlxalq hüquqla tanınan ərazilərini azad edib

Fransanın “Atlantico” portalında jurnalist Sebastyan Bussuanın “Dağlıq Qarabağ: 27 il əvvəl didərgin salındıqları torpaqlara qayıtmaq istəyən köçkünlərlə görüş” adlı məqaləsi dərc edilib.

Məqalədə deyilir ki, bu, faciəli insan hekayəsidir. Otuz il əvvəl Birinci Qarabağ müharibəsi zamanı Ermənistan tərəfindən torpaqları işğal edilmiş və doğma evlərindən didərgin salınmış 800 minə yaxın azərbaycanlı məcburi köçkün ötən müddət ərzində qayıdışlarını gözləyiblər. Ermənistanla 44 günlük müharibədə qələbə qazanan Azərbaycan beynəlxalq hüquqla tanınan ərazilərini azad etdi. Torpaqları azad edilən yüz minlərlə azərbaycanlı tezliklə Zəngilan, Qubadlı və digər rayonlardakı evlərinə qayıtmaq arzusu ilə yaşayır. Onlar 30 ildən sonra yeni həyat qurmağı xəyallarında canlandırırlar.

Jurnalist Azərbaycanın azad etdiyi şəhərlərin və kəndlərin ermənilər tərəfindən dağıdılmasından da bəhs edir. Bildirir ki, yaşayış məskənləri ölüm kabusuna çevrilib, məscidlər tövlə kimi istifadə olunub, kitabxanalar talan edilib. Azərbaycan hökuməti dağıdılmış ərazilərdə infrastrukturun bərpasına başlayıb.

Bakıda yaşayan minlərlə məcburi köçkünün doğma yurdlarına qayıtmaq arzularından bəhs edən fransız jurnalist məqaləsində onların bəzilərinin fikirlərinə yer verib. Rəsul və Aygün köçkünlük həyatlarından, Ermənistanın işğalı nəticəsində doğma yurdlarından didərgin düşmüş həmvətənlərimizin yaşadıqları faciələrdən danışıblar. Onlar işğal nəticəsində dağıdılmış kəndlərini, evlərini yenidən qurmaq arzusu ilə yaşadıqlarını bildiriblər.

Məqalədə qeyd edilir ki, bu insanlar üçün ölkələri Azərbaycanın qələbəsi Prezident İlham Əliyevin qələbəsidir, eləcə də bütün köçkünlərin qələbəsidir.

Onlar tarixdə heç də bütün köçkünlərin belə bir fürsət əldə etmədiklərini, doğma yurdlarına qayıtmaq üçün səbirsizliklə gözlədiklərini qeyd edib, qayıdış planlarından, yeni həyat quracaqlarından danışıblar.

Fransız jurnalist yazır ki, söhbət etdiyi azərbaycanlı məcburi köçkünlərdə ermənilərə qarşı nifrət görmədi. O qeyd edir ki, əvvəllər bölgədə hökm sürmüş harmoniya zamanla yenidən bərpa olunacaq.

AZƏRTAC

Paylaş:
441

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunubBu gün, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıbBu gün, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyibBu gün, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTOBu gün, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaqBu gün, 17:22Xəzərdə zəlzələ olubBu gün, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTOBu gün, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQBu gün, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıbBu gün, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişibBu gün, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTOBu gün, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildiBu gün, 15:44Ordubadda hərbi sursat aşkar edilibBu gün, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndiribBu gün, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilibBu gün, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEOBu gün, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıbBu gün, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTOBu gün, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olubBu gün, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölübBu gün, 13:43
Bütün xəbərlər