Dünya İqtisadi Forumu təxirə salındı | 1news.az | Xəbərlər
İqtisadiyyat

Dünya İqtisadi Forumu təxirə salındı

11:39 - 04 / 02 / 2021
Dünya İqtisadi Forumu təxirə salındı

Sinqapur hökuməti may ayında ölkədə keçirilməsi planlaşdırılan Dünya İqtisadi Forumunun təxirə salındığını bəyan edib.

TASS xəbər verir ki, tədbir 17-20 avqust tarixlərində təşkil olunacaq.

"Tədbirin təşkilatçıları forumun təxirə salınması ilə bağlı Sinqapur hökumətinə müraciət ediblər. Bu qərar ölkədə və dünyada koronavirusla bağlı vəziyyətin hələ də normallaşmadığı üçün verilib", - deyə Sinqapur Ticarət və Sənaye Nazirliyinin bəyanatında qeyd olunub.

Xatırladaq ki, Dünya İqtisadi Forumunun əvvəlcə 13-16, sonra isə 25-28 mayda keçiriləcəyi bildirilirdi.

1news.az

Paylaş:
692

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

28 / 06 / 2025, 11:44
Bütün xəbərlər