Bakının mərkəzində ağır qəza - BMW yoldan çıxıb parka girdi – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakının mərkəzində ağır qəza - BMW yoldan çıxıb parka girdi – FOTO

11:22 - 05 / 02 / 2021
Bakının mərkəzində ağır qəza - BMW yoldan çıxıb parka girdi – FOTO

Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Trend-in məlumatına görə, hadisə bu gün səhər saatlarında Yasamal rayonunda qeydə alınıb. İnşaatçılar prospekti ilə hərəkətdə olan BMW markalı minik avtomobili Nəriman Nərimanov küçəsinə dönərkən yüksək sürət səbəbindən idarəetməni itirib.

Nəticədə yoldan çıxan maşın yaxınlıqdakı parkın ərazisinə girib. Qəza nəticəsində avtomobil yararsız vəziyyətə düşüb, yol infrastrukturuna isə ziyan dəyib.

Hadisə yerinə polis əməkdaşları cəlb olunublar.

S.Xankişiyeva

 

Paylaş:
1092

Son xəbərlər

Bütün xəbərlər