Britaniyalı nazirlə Sahibə Qafarova arasında görüş olub - FOTO | 1news.az | Xəbərlər
Siyasət

Britaniyalı nazirlə Sahibə Qafarova arasında görüş olub - FOTO

16:31 - 08 / 02 / 2021
Britaniyalı nazirlə Sahibə Qafarova arasında görüş olub - FOTO

Azərbaycanda səfərdə olan Böyük Britaniyanın Avropa Qonşuluğu və Amerika üzrə dövlət naziri Vendi Morton Milli Məclisin spikeri Sahibə Qafarova ilə görüşüb.

1news.az-ın məlumatına görə, bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şahrp özünün “Twitter” səhifəsində bildirib.

Görüşdə Qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşısının alınması və ona qarşı mübarizə haqqında Avropa Şurasının Konvensiyası (İstanbul Konvensiyası) və digər məsələlər müzakirə edilib.

Qəbulda Milli Məclisin sədri Sahibə Qafarova, Azərbaycan-Böyük Britaniya parlamenlər arası işçi qrupun rəhbəri Cavanşir Feyziyev, Azərbaycan Respublikasının Böyük Britaniyada səfiri Tahir Tağızadə və Milli Məclis aparatının nümayəndələri iştirak ediblər.

Qafar Ağayev

Paylaş:
682

Son xəbərlər

Sabahın hava proqnozu

24 / 05 / 2025, 13:02

Azərbaycan nefti bahalaşıb

24 / 05 / 2025, 10:50
Bütün xəbərlər