Bakıda zəncirvari qəza: Maserati, Jeep və daha 3 avtomobil əzilib, 2 yaralı var - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda zəncirvari qəza: Maserati, Jeep və daha 3 avtomobil əzilib, 2 yaralı var - FOTO

09:25 - 11 / 02 / 2021
Bakıda zəncirvari qəza: Maserati, Jeep və daha 3 avtomobil əzilib, 2 yaralı var - FOTO

Bakının Səbail rayonunda beş avtomobil toqquşub.

1news.az APA-ya istinadən xəbər verir ki, hadisə Səməd Vurğun və Üzeyr Hacıbəyli küçələrinin kəsişməsində qeydə alınıb.

Hadisə zamanı "VAZ 2115" markalı nəqliyyat vasitəsi "Maserati" markalı avtomobilə çırpılıb. Zərbənin gücündən "Maserati" Nicat Cəfərova məxsus "Jeep"ə, daha sonra "Chrysler" və "Hyundai"a dəyib.

Qəza nəticəsində 2001-ci il təvəllüdlü Mehbalıyev Kənan Ramiz oğlu və 1984-cü il təvəllüdlü Xryaşkin Aleksey İqoroviç müxtəlif dərəcəli bədən xəsarətləri alaraq 3 saylı şəhər xəstəxanasına yerləşdirilib. Xəstəxanın növbətçi həkiminin verdiyi məlumata görə, K.Mehbalıyevin vəziyyəti ağırdır. O, xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisə şahidlərinin APA-ya verdiyi məlumata görə, "VAZ 2115" markalı avtomobil yol ayrıcını işıqforun qırmızı işığında keçib.

Əraziyə Səbail Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.

1news.az

Paylaş:
819

Son xəbərlər

Bakıda 22 il əvvəl öldürülən yeniyetmə qızın qətlinin üstü açılıb05 / 10 / 2024, 18:11Bakıda “Avenue” lüks seqment mebel və ev aksesuarları mağazası açılıb - FOTO05 / 10 / 2024, 17:49Bərdədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib05 / 10 / 2024, 17:18Güclü külək əsəcək - XƏBƏRDARLIQ05 / 10 / 2024, 16:48Yeni hərbi nizamnamə layihələrinin hazırlanması məqsədilə MN-də yaradılan işçi qrupunun görüşü keçirilib05 / 10 / 2024, 16:21Bu gün görkəmli bəstəkar Xəyyam Mirzəzadənin doğum günüdür05 / 10 / 2024, 16:06Binədə 27 min manatlıq oğurluq edən şəxs saxlanılıb05 / 10 / 2024, 15:37Zəngilanda altıncı yaşayış kompleksinin layihə görüntüləri yayımlanıb05 / 10 / 2024, 15:01XİN: Ermənistanın sülhsevər mövqeyi ilə bağlı açıqlamaları beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi daşıyan manipulyasiyadır05 / 10 / 2024, 14:21Enerji keçidi: beynəlxalq öhdəliklər, nailiyyətlər və çağırışlar - FOTO - VİDEO05 / 10 / 2024, 13:59Ceyhun Bayramov Beynəlxalq Müəllimlər Günü münasibəti ilə Müəllimləri təbrik edib05 / 10 / 2024, 13:57Sabir Hacıyev “Şöhrət” ordeni ilə təltif edilib05 / 10 / 2024, 13:35Ən yüksək nəticə göstərən və ali məktəbə qəbul olan 102 tələbəyə Prezident təqaüdü veriləcək - SƏRƏNCAM05 / 10 / 2024, 13:25Bəhreyn Krallığının Baş prokuroru Azərbaycana gəlib - FOTO05 / 10 / 2024, 13:06Bazar günü hava necə olacaq? - PROQNOZ05 / 10 / 2024, 12:46Dəmir yolu stansiyasından oğurluq edən şəxs saxlanılıb05 / 10 / 2024, 12:22Qızıl və gümüş cüzi ucuzlaşıb05 / 10 / 2024, 11:53Bakıda 76 min manatı dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən şəxs saxlanılıb05 / 10 / 2024, 11:11DİN: Ötən gün 32 cinayətin üstü açılıb05 / 10 / 2024, 10:42Gəncə şəhərininin ikinci dəfə raket hücumuna məruz qalmasından dörd il ötür05 / 10 / 2024, 10:29
Bütün xəbərlər