Xocalı soyqırımının 29-cu ildönümünə həsr edilən virtual elmi konfrans keçirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Xocalı soyqırımının 29-cu ildönümünə həsr edilən virtual elmi konfrans keçirilib

12:41 - 25 / 02 / 2021
Xocalı soyqırımının 29-cu ildönümünə həsr edilən virtual elmi konfrans keçirilib

Azərbaycanın İordaniyadakı Səfirliyinin təşəbbüsü və Milli Məclisin Azərbaycan-İordaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Anar İsgəndərovun, eləcə də işçi qrupun üzvləri - Məlahət İbrahimqızı, Fazil Mustafa və Ceyhun Məmmədovun, eləcə də İordaniyanın sabiq baş naziri, Senatın sabiq sədri Tahir əl-Masri (məhz onun sədr olduğu zaman 2013-cü ilin 19 iyun tarixində Senat tərəfindən Xocalı soyqırımına dair bəyanat qəbul edilib), Yaxın Şərq Strateji Araşdırmalar Mərkəzinin baş direktoru Cavad əl-Həməd, o cümlədən İordaniya, Yarmuk, əl-İsra və Muta Universitetlərinin bir sıra professor, doktor və tələbələrin və SSRİ və müstəqillik dövründə Azərbaycanın ali təhsil ocaqlarında oxumuş bəzi İordaniya vətəndaşlarının iştirakı ilə Xocalı soyqırımının 29-cu ildönümünə həsr edilən virtual elmi konfrans keçirilib.

Səfirlikdən 1news.az-a bildirilib ki, 48 qonağın iştirak etdiyi və 2 saat 40 dəqiqə davam edən konfransda Səfirliyin müvəqqəti işlər vəkili Elnur Şahhüseynov, millət vəkilləri, eləcə də T.Əl-Masri, C.Əl-Həməd, Yarmuk Universitetinin professoru Həni Həyəcineh, doktoru Əymən Həyəcineh, İordaniya Universitetinin doktoru Zeydun əş-Şaraa, əl-İsra Universitetinin rektorunun xarici əlaqələr üzrə köməkçisi xanım Ğeydə Əbu Rummən və tarixçi Ömər əl-Armuti çıxış ediblər.

Çıxışlarda Xocalı soyqırımı haqqında ətraflı məlumat verilib. Ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə erməni uydurma və yalanları fonunda, Xocalı faciəsi barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılma prosesinə start verilib. Məhz Ulu Öndərin təşəbbüsü ilə 1993-cü ildən 26 fevral Xocalı qətliamı günü kimi qeyd edilir. Eyni zamanda, Heydər Əliyev Fondunun vitse-prezidenti, İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun mədəniyyətlərarası dialoqunun baş koordinatoru Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə "Xocalıya Ədalət" beynəlxalq kampaniyasına start verilib və bu kampaniya təbliğatın intensivləşdirilməsi işinə böyük töhfə verib. Həmçinin Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun Xocalı həqiqətlərinin istər regional, istərsə də qlobal müstəvidə təbliği işində mühüm rolu, habelə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin başçılığı altında 26 fevral 2019-cu ildə Bakıda xalq yürüşünün əhəmiyyəti xüsusi qeyd edilib.

Natiqlər 19 iyun 2013-cü il tarixində Xocalı soyqırımı ilə əlaqədar İordaniya Senatı tərəfindən bəyanatın qəbul edildiyinə görə, Senatın o vaxtkı sədri T.Əl-Masriyə və ümumiyyətlə, ölkəmizin haqq işini müdafiə etdiklərinə görə, İordaniyalı tədbir iştirakçılarına təşəkkürünü ifadə ebidlər.

Milli Məclisin üzvləri çıxışlarında, Azərbaycan-İordaniya əlaqələrinin Azərbaycan Prezidenti Zati-aliləri cənab İlham Əliyevi və İordaniya Kralı Əlahəzrət II Abdullahı birləşdirən qardaşlıq münasibətlərinə söykəndiyini və qardaş İordaniya ilə, eləcə də parlamentlər arasında əlaqələri inkişaf etdirmək arzusunda olduqlarını diqqətə çatdırıblar.

Öz növbəsində, İordaniya tərəfindən iştirak edən qonaqlar ilk növbədə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan Zati-aliləri cənab İlham Əliyevin sərkərdəliyi altında Vətən müharibəsində qazanılmış tarixi zəfər münasibətilə Azərbaycan tərəfini ürəkdən təbrik edib, döyüşlərdə həyatını itirmiş şəhidlərimizə rəhmət, qazilərimizə Allahdan şəfa diləyiblər. Virtual elmi konfransda çıxış edən iordaniyalı mütəxəssislər Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi altında böyük inkişaf yolu keçdiyini vurğulayıb, Xocalı soyqırımını pisləyib və bu bəlanın bir daha təkrarlanmayacağına dair əminliklərini ifadə ediblər.

Yaxın Şərq Strateji Araşdırmalar Mərkəzinin baş direktoru Cavad əl-Həmd Azərbaycanın Vətən müharibəsindəki parlaq qələbəsinin dünya siyasi və hərb tarixində öyrənildiyini diqqətə çatdırıb, müharibə dövründə Azərbaycan rəhbərliyinin diplomatik və hərbi siyasətini yüksək qiymətləndirib.

Yekunda konfrans iştirakçıları ikitərəfli əlaqələrin inkişafına dair öz fikirlərini səsləndiriblər.

1news.az

Paylaş:
386

Son xəbərlər

Fövqəladə Hallar Nazirliyi tərəfindən daha bir qanunsuz tikili sökülübBu gün, 13:59Deputat: “Dünyada pensiya yaşının azaldılması yox, artırılması müzakirə olunur”Bu gün, 13:45Növbəti köç karvanı Füzuliyə çatıb, mənzillərin açarları təqdim edilib - YENİLƏNİB 1Bu gün, 13:41Bu şəxslərin təhsil haqqını dövlət ödəyəcəkBu gün, 13:34“Əlavə kassasiya qaydasında verilən şikayətlər əksər hallarda təmin olunmur” - Vəkillərdən ŞƏRHBu gün, 13:20Deputatdan TƏKLİF: “Təcili tibbi yardım helikopterləri alınsın”Bu gün, 12:54Azərbaycan cəmiyyəti işğalda olan kəndlərin azad ediləcəyinə inanır? - SORĞUBu gün, 12:41Şənbə günü hava necə olacaq?Bu gün, 12:38Ramazan bayramı günlərində Bakı-Qəbələ qatarları hər gün hərəkətdə olacaqBu gün, 12:28Qızıl və gümüşün bahalaşması davam edirBu gün, 12:21İctimai-iaşə obyektlərinin sahiblərinə çağırışBu gün, 12:15“N” hərbi hissəsində komanda-qərargah təlimi keçirilib - FOTOBu gün, 12:14Siyavuş Novruzov: “Bəzi şəxslər Azərbaycanda da terrorun olmasını istəyirdi”Bu gün, 12:02Azərbaycanda ötən gün 50 kiloqramdan artıq narkotik aşkarlanıbBu gün, 11:51FHN: Ötən sutka 39 yanğına çıxış olub, 57 nəfər təxliyə edilibBu gün, 11:39Sahibə Qafarova iclasda erməni həmkarı ilə görüşündən danışdıBu gün, 11:29Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələriBu gün, 11:20Azərbaycanlı şagird Harvard Universitetinə qəbul olubBu gün, 11:18PAŞA Qrup şirkətləri tərəfindən Novruz bayramı ərəfəsində növbəti sosial aksiya keçirilib - FOTOBu gün, 11:09Milli Məclisin iclası başlayıb, 21 məsələ müzakirə olunacaq - SİYAHIBu gün, 11:02
Bütün xəbərlər