Azəbaycanlılar Polşa seymini Xocalı soyqırımını tanımağa çağırıblar | 1news.az | Xəbərlər
Cəmiyyət

Azəbaycanlılar Polşa seymini Xocalı soyqırımını tanımağa çağırıblar

13:26 - 25 / 02 / 2021
Azəbaycanlılar Polşa seymini Xocalı soyqırımını tanımağa çağırıblar

Xocalı soyqırımının 29-cu ildönümü ərəfəsində Polşa Azərbaycanlıları Koordinasiya Şurası və Varşavada fəaliyyət göstərən Azərbaycan Evi ölkənin rəsmi qurumlarını Xocalı soyqırımını rəsmən tanımağa çağırıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən 1news.az-a verilən məlumata görə, Azərbaycan Evinin rəhbəri Lalə Zeynalovanın imzası ilə Polşa Seyminə (parlament), Xarici İşlər Nazirliyinə və siyasi-analitik mərkəzlərə ünvanlanan bəyanatda erməni hərbi birləşmələrinin 366-cı motoatıcı alayın hərbçilərinin köməyilə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın Xocalı şəhərində mülki azərbaycanlılara qarşı xüsusi qəddarlıqla və barbarcasına törətdikləri kütləvi qırğın barədə ətraflı məlumat verilib.

Qeyd edilib ki, bu dəhşətli cinayətə səssiz qalmaq, göz yummaq yolverilməzdir və Avropa dəyərlərinə xəyanətdir. Ruanda və keçmiş Yuqoslaviya ərazisində baş vermiş soyqırımların beynəlxalq ictimaiyyət tərəfindən tanınmasını xatırladan soydaşlarımız Xocalı soyqırımına da bu cür münasibətin nümayiş etdirilməsini, erməni cəlladlarının beynəlxalq hərbi tribunala cəlb olunmasını tələb ediblər.

Paylaş:
203

Son xəbərlər

Kamaləddin Qafarov: “Azərbaycan-Rusiya əlaqələri sürətlə inkişaf etdirilir”Bu gün, 11:52Bakıda velosipedlər üçün əlavə bölmə olan svetoforlar quraşdırılıb - FOTOBu gün, 11:45İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edirBu gün, 11:34COP29-un rəhbər heyəti ispaniyalı nazir ilə görüşübBu gün, 11:32Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırdı - FOTOBu gün, 11:20NİİM-dən sürücülərə və piyadalara müraciətBu gün, 11:15Qəbiristanlıqda yaradılan dəm-dəsgah - Bunun İslam dini ilə əlaqəsi varmı? - ŞƏRHBu gün, 11:12Bakıda evdə meyit tapılıbBu gün, 10:44Azərbaycanda 1000 vahiddən az olan ev təsərrüfatlarının uçotu aparılacaqBu gün, 10:3324 il əvvəl ulu öndər Heydər Əliyevə təqdim edilən daş parçası Ağdam Cümə məscidində - VİDEOBu gün, 10:25Xocavənddə 74 mina, 74 qumbara, 110 partladıcı aşkarlanıb, saxlanılan varBu gün, 10:18Dünyada DXOMARK-dan 5 qızıl medal əldə edən ilk smartfon HONOR Magic6 Pro - FOTOBu gün, 10:11“Dalğa-2024” birgə taktiki təlimi başa çatıb - VİDEOBu gün, 10:06İcma Avropa Parlamentinin Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çağıran qətnaməsini pisləyibBu gün, 09:33Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədirBu gün, 09:11Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 09:06Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb - FOTOBu gün, 09:03Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEO25 / 04 / 2024, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb25 / 04 / 2024, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandı25 / 04 / 2024, 17:51
Bütün xəbərlər