Çavuşoğlu: Ermənistanda çevrilişə cəhdi qətiyyətlə pisləyirik
“Ermənistanda dövlət çevrilişinə cəhdi qətiyyətlə pisləyirik”.
APA-nın məlumatına görə, bu bəyanatla Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu çıxış edib.
O, harada olursa olsun, Türkiyənin çevrilişlərə qarşı olduğunu bildirib.
Qeyd edək ki, Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı fevralın 25-də Baş nazir N. Paşinyanın istefasını tələb edən bəyanatla çıxış edib.
N. Paşinyan Baş Qərargahın bəyanatını hərbi çevrilişə cəhd adlandırıb. O, Baş Qərargah rəisi Onik Qasparyanı vəzifəsindən azad etdiyini açıqlayıb.
310