Gigiyena və məsafə: McDonald's karantin rejiminin qaydalarına riayət nümunəsi göstərir – FOTO – VİDEO | 1news.az | Xəbərlər
Müsahibə

Gigiyena və məsafə: McDonald's karantin rejiminin qaydalarına riayət nümunəsi göstərir – FOTO – VİDEO

15:20 - 27 / 02 / 2021
Gigiyena və məsafə: McDonald's karantin rejiminin qaydalarına riayət nümunəsi göstərir – FOTO – VİDEO

Uzun fasilədən sonra Fevralın 1-dən etibarən Azərbaycan ərazisində ictimai iaşə obyektləri, eləcə də restoran, kafe və çay evləri və bu kimi digər məkanlarda müştərilərə yerində xidmətlər bərpa olunub.

Restoranlarda fəaliyyət bərpa olunsa da, gigiyena və sanitariya ilə bağlı xüsusi tələblər var. Gigiyena, sanitariya və qida təhlükəsizliyi məsələləri hər kəs üçün maraqlıdı.

Azərbaycanda 21 ildən çox müddətdə fəaliyyət göstərən dünyanın tanınmış restoranlar şəbəkəsi McDonald`s-ın standartları və qaydaları McDonald’s Azərbaycan şirkətinin Təchizat və Keyfiyyətə nəzarət üzrə direktoru Anar Osmanov suallarımızı cavablandırdı.

- Əvvəlcə başlayaq karantin qaydalarından. Uzun fasilədən sonra ölkəmizdə karantin qaydaları yumşaldıldı və ictimai iaşə obyeklərinin də fəaliyyətinə icazə verildi. McDonald`s-da sanitariya və şəxsi gigiyena qaydalarına necə riayət olunur?

- Qanunvericiliyin tələblərinə uyğun COVID-19 profilaktikasına dair ictimai iaşə müəssisələri üçün müəyyən tələblər var. Bu tələblərə təmizlik və dezinfeksiya işləri, işçi heyətinin şəxsi gigiyenası, müştərilər arasında sosial məsafəyə riayət olunmasını təmin edən sıxlıq normaları daxildir.

Bütün McDonald’s restoranları mütəmadi olaraq xüsusi lisenziya əsasında fəaliyyət göstərən şirkət tərəfindən virus əleyhinə dezinfeksiya olunur. Əlavə olaraq, sanitar-təmizlik proqramına uyğun olaraq, bütün restoranlarımızda gün ərzində daimi təmizlik və dezinfeksiya işləri və iş gününün sonunda isə avadanlığa profilaktik texniki xidmət və sanitar təmizlik işləri həyata keçirilir.

Qeyd etmək istərdim ki, sadalanan sanitar-təmizlik və dezinfeksiya işləri COVID-19 pandemiyasından əvvəl də aparılırdı. Sadəcə olaraq, pandemiya zamanı Azərbaycan Respublikasının qanunvericiliyini və McDonald’s korporasiyasının beynəlxalq təcrübəsini nəzərə alaraq bu tədbirlər daha da təkmilləşdirilib.

Restoranlarımızın girişində, bütün masaların üzərində və kassaların qarşısında əllərin dezinfeksiyası üçün xüsusi dezinfektantlar yerləşdirilib. Əlavə olaraq pandemiya dövründə sətlərin dezinfeksiyası üçün proqram hazırlamışıq. Məsələn, sifariş monitorları hər bir müştəri istifadəsindən sonra əməkdaş tərəfindən dezinfeksiya edilir ki, növbəti müştəri artıq dezinfeksiya olunmuş səthə toxuna bilsin. Eyni zamanda, müştəri masadan duran kimi, bu masanın səthi dərhal dezinfeksiya edilir və yalnız bundan sonra digər müştərinin əyləşməsi üçün şərait yaradılır.

COVID-19 pandemiyası zamanı yerində xidmət göstərən ictimai iaşə müəssisələri üçün əsas tələblərdən biri də - zallarda sıxlıq normalarıdır. Yeni tələblərə əsasən, yemək qəbulu zamanı müştərilər arasında sosial məsafərə riayət etmək üçün masalar arasında 2 metrlik, eyni masa arxasında oturacaqlar arasında 1 metrlik məsafə təmin edilməlidir.

Misal üçün, bizim bu zalımızda layihəyə görə 88 nəfərin oturmağı üçün yer var. Lakin pandemiya dövründə sıxlıq normaları tələblərinə əsasən, eyni zamanda 38 nəfər otura bilər. Zalda sıxlıq normalarına riayət etmək üçün bəzi masalar və ya oturacaqlar yığışdırılıb və ya müəyyən masalarda və oturacaqlarda müştərilərin oturulması məhdudlaşdırılıb.

Kassaların önündə və növbədə sosial məsafəni təmin etmək üçün döşəməyə məlumatverici lövhələr yapışdırılıb.

Bütün bu tələblərə nəzarət etmək üçün xüsusi məsul əməkdaş ayırmışıq. Bu, həmçinin qanuvericilik tələbidir. Həmin məsul şəxs pandemiya dövründə tələblərə riayət olunmasına nəzarət edir.

- Gigiyenik qaydalara əməl edilməsi gündəlik həyatımızın əsas çağırışlarındandır. Bu çağırış pandemiyadan sonra daha vacib olub. McDonald`sın bununla bağlı işçilərindən hansısa tələbi var?

Ən vacib məqamlardan biri də, əməkdaşlarımızın qorunması üçün profilaktik tədbirlərin həyata keçirilməsidir. İlk olaraq, Əməkdaşların Sağlamlıq proqramına uyğun olaraq işə gələn hər bir əməkdaşın sağlamlıq vəziyyəti növbə meneceri tərəfindən yoxlanılır. Bu yoxlamaya əməkdaşın hərarətinin ölçülməsi, hər-hansı bir yoluxucu xəstəliyin əlamətinin olub-olmaması daxildir. Növbə ərzində bütün əməkdaşların hərarəti 2 dəfə ölçülür: işə başlamazdan əvvəl və nahar fasiləsindən sonra iş sahəsinə geri qayıtdmadan əvvəl. Əməkdaşlar üçün bütün daxili ərazilərdə sanitariya və şəxsi gigiyena qaydaları, COVID-19 barədə məlumatverici lövhələr, təlim materialları yerləşdirilib.

Təlimdən söz düşmüşkən, McDonald’s restoranlarında əməkdaşların və rəhbər heyətin təliminə çox diqqət edilir. Təlim şöbəsi tərəfindən bütün əməkdaşlara mütamadi təlimlər təşkil edilir.

İşə yeni başlayan əməkdaşların birinci təlim mövzusu isə Sanitariya, Təmizlik və Gigiyenadır. Bütün əməkdaşlar elektron təlim sistemi vasitəsi ilə tələb olunan təlimləri keçirlər. Təlim bitdikdən sonra, əməkdaş imtahan verir və imtahanın nəticəsi Təlim şöbəsinin bazasına yüklənir.

Qanunvericilik tələblərinə uyğun olaraq, bütün əməkdaşlarımız hər 6 aydan bir dövri tibbi müayinədən keçir. Bu prosesə nəzarət Kadrlar şöbəsinin məsul əməkdaşları tərəfindən həyata keçirilir.

- Restoranlarınızın təmizlənməsi üçün müxtəlif kimyəvi təmizlik məhsullardan istifadə olunur. Bu kimyəvi məhsulların hər hansı xüsusi tələblər və saxlanılma qaydaları varmı?

- Çox vacib bir mövzuya toxunduz. Qida sahəsində kimyəvi təmizlik maddələrinə nəzarət çox ciddi məqamdır.

Kimyəvi maddələrdən düzgün və təlimata uyğun olmayaraq istifadə edilməsi həm qida təhlükəsizliyi, həm də əməyin mühafizəsi baxımından ciddi fəsadlara gətirə bilər.

Bu səbəbdən, kimyəvi təmizlik maddələrin istifadəsi mütləq təlimata uyğun həyata keçirilməlidir. Yəni, diggət edilməlidir ki, hansı kimyəvi maddə, hansı sahədə və nə qədər istifadə edilir.

McDonald’s restoranlarında istifadə edilən kimyəvi təmizlik maddələri, McDonald’s korporasiyası tərəfindən təsdiq edilmiş şirkətlər tərəfindən təmin olunur. Bütün kimyəvi təmizlik maddələrinin istifadə təlimatları və təhlükəsizlik pasportları restoranlarda saxlanılır.

Digər vacib məqam, kimyəvi maddələrin saxlanılmasır. Kimyəvi maddələr ərzaq və qablaşdırma ilə eyni yerdə saxlanıla biməz. Bizim restoranlarda da kimyəvi maddələr onların saxlanılması üçün xüsusi ayrılmış açarla bağlı dolabda saxlanılır. Dolabın açarı ancaq növbə menecerində olur ki, kimyəvi maddələrə kənar müdaxilə olmasın.

- Sonda ictimati iaşə sahəsində çalışan oxuculara bir şey tövsiyə etmək istərdinizmi?

Bütün ictimai iaşə sahəsində çalışan sahibkarlara, müəssisələrə müraciət etmək istərdim ki, pandemiya dövründə ictimai iaşə müəssisələrinə olan sanitar-epidemioloji, gigiyena və sıxlıq normaları tələblərinə riayət edilməsi çox vacibdir. Bu tələblərə riayət etməklə, biz həm müştərilərimiz, həm də əməkdaşlarımız arasında yoluxmaların qarşısını ala bilərik. Bu isə, öz növbəsində ictimai iaşə müəssisələrinin gələcəkdə hər-hansı bir məhdudiyyət olmadan fəaliiyət göstərilməsinə imkan yaradacaq.

Paylaş:
1770

Sizin üçün xəbərlər

Son xəbərlər

Laborator analizlərin nəticələrini “mygov” rəqəmsal hökumət platformasından əldə etmək mümkündürBu gün, 12:23Direktorların işə qəbulu üzrə elektron qeydiyyat başlayıbBu gün, 12:02Nazirlər Kabineti kiçik elektrik nəqliyyat vasitələrinə dair qərar veribBu gün, 11:57Nazir: 100 min uşaq üçün əlavə məktəbəqədər təhsil müəssisələrinin açılması nəzərdə tutulurBu gün, 11:43İlham Əliyev Mövlud Çavuşoğlunu qəbul edibBu gün, 11:40Bakıda 6 nəfərin 33 min manatı dələduzluqla ələ keçirməkdə şübhəli bilinən şəxslər saxlanılıbBu gün, 11:29Ali Məhkəmə vergi mübahisələri üzrə ərazi aiddiyyətini müəyyənləşdirdiBu gün, 11:17NİİM-dən yollarda diqqətsizlik və məsuliyyətsiz edənlərə ÇAĞIRIŞ - VİDEOBu gün, 11:11Azərbaycanın daha bir mədəni elementi UNESCO Siyahısına daxil edildi - FOTOBu gün, 10:53Nazir: “Ən yaxşı işlərdən biri 5 yaşlıların məktəbəqədər təhsilə cəlb olunmasıdır”Bu gün, 10:49Ceyhun Bayramov ATƏT XİN Şurasının iclasında iştirak etmək üçün Maltaya gedibBu gün, 10:10Cənubi Koreyada hərbi vəziyyət rejimi ləğv olunubBu gün, 10:09Ağır vəziyyətdə KTM-in reanimasiyasına qəbul edilən xəstə həyata qaytarılıb - FOTOBu gün, 09:55DİN: Ötən gün axtarışda olan 126 nəfər saxlanılıbBu gün, 09:43AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:26“Azərbaycan Atabəyləri” tarixi bədii-sənədli filminin qalası olub - FOTOBu gün, 09:21Şuşa şəhərinə növbəti köç karvanı yola salınıb - FOTOBu gün, 09:13Bakıda sıxlıq olan küçə və prospektlər açıqlandı - SİYAHIBu gün, 09:11OCCRP - jurnalistika pərdəsi altında ABŞ-nin təbliğat aləti03 / 12 / 2024, 21:34Azərbaycanda nəqliyyat vasitələrinin utilizasiyasına başlanılıb - ŞƏRTLƏR03 / 12 / 2024, 18:41
Bütün xəbərlər