“Muğanbank” ASC fəaliyyətini müsbət dinamika ilə davam etdirir | 1news.az | Xəbərlər
Cəmiyyət

“Muğanbank” ASC fəaliyyətini müsbət dinamika ilə davam etdirir

16:25 - 02 / 03 / 2021
“Muğanbank” ASC fəaliyyətini müsbət dinamika ilə davam etdirir

Cari ilin fevral ayının sonuna “Muğanbank” ASC-nin müştərilərə verilmiş kredit portfeli 2020-ci il ilə müqayisədə 11113,01 min manat artaraq, 347059,06 min manat təşkil etmişdir. Ötən il bu rəqəm 335946,05 min manat təşkil etmişdir.

Eyni zamanda, “Muğanbank” ASC-nin cəmi aktivləri 2020-ci il 590906,22 min manatdan 12410,59 min manat artaraq, cari ilin fevral ayının sonuna 603316,81 min manata yüksəlmişdir.

Cari ildə “Muğanbank” ASC yüksək Ani Likvidlik Əmsalı göstəricisi nümayiş etdirmişdir. Belə ki, müvafiq əmsal 2020-ci ilin sonunda 56.85%-dən 2021-ci il fevral ayının sonuna 81.14%-ə yüksəlmişdir ki, bu da bankın likvidliyinin adekvat səviyyədə olmasını göstərir.

Dövr ərzində bankın məcmu kapitalında da artım müşahidə olunmuşdur. “Muğanbank” ASC-nin məcmu kapitalı 2020-ci il dekabr ayının sonuna 91696,99 min manat təşkil etmişdir. 2021-ci il fevral ayının sonuna olan vəziyyətə isə bu göstərici 2354,33 min manat artaraq 94051,32 min manat olmuşdur.

“Muğanbank” ASC ötən ili 707,44 min manat xalis mənfəətlə başa vurmuşdur. 2021-ci ilin fevral ayının göstəricisinə əsasən bankın xalis mənfəəti 2052,67 min manat təşkil etmişdir ki, bu da ötən ilin sonu ilə müqayisədə 1345.23 min manat çoxdur.

Azərbaycan maliyyə-bank sektorunun tanınmış qurumlarından biri olan
" Muğanbank" ASC 1992-ci ildə fəaliyyətə başlamışdır. Hal-hazırda Bankın ölkə ərazisində 27 filialı və 10 şöbəsi, həmçinin Moskva şəhərindəki nümayəndəliyi hər növ bank məhsulları üzrə keyfiyyətli xidmət göstərir. "Muğanbank" ASC ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID), ICBC Bank - Industrial and Commercial Bank of China təşəbbüsü ilə yaradılan “Belt and Road Bankers Roundtable Mechanism” (BRBR - “Bir Kəmər-Bir Yol” Banklarının Dəyirmi Masası), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Beynəlxalq Maliyyə Korporasiyası (IFC), ABŞ-ın WorldBusiness Capital (WBC) investisiya fondu, Xarici Özəl İnvestisiyalar Korporasiyası (OPIC), Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD), İnkişaf üçün Yaşıl Fond (GGF), Cənub-Şərqi Avropa üzrə Avropa Fondu (EFSE), Almaniya Əmanət Banklarının Beynəlxalq Əməkdaşlıq Fondu (SBFIC) kimi beynəlxalq iqtisadi qurumlarla əməkdaşlıq edir.

Reklam hüququnda

Paylaş:
340

Son xəbərlər

Bakıda 22 il əvvəl öldürülən yeniyetmə qızın qətlinin üstü açılıb05 / 10 / 2024, 18:11Bakıda “Avenue” lüks seqment mebel və ev aksesuarları mağazası açılıb - FOTO05 / 10 / 2024, 17:49Bərdədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib05 / 10 / 2024, 17:18Güclü külək əsəcək - XƏBƏRDARLIQ05 / 10 / 2024, 16:48Yeni hərbi nizamnamə layihələrinin hazırlanması məqsədilə MN-də yaradılan işçi qrupunun görüşü keçirilib05 / 10 / 2024, 16:21Bu gün görkəmli bəstəkar Xəyyam Mirzəzadənin doğum günüdür05 / 10 / 2024, 16:06Binədə 27 min manatlıq oğurluq edən şəxs saxlanılıb05 / 10 / 2024, 15:37Zəngilanda altıncı yaşayış kompleksinin layihə görüntüləri yayımlanıb05 / 10 / 2024, 15:01XİN: Ermənistanın sülhsevər mövqeyi ilə bağlı açıqlamaları beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi daşıyan manipulyasiyadır05 / 10 / 2024, 14:21Enerji keçidi: beynəlxalq öhdəliklər, nailiyyətlər və çağırışlar - FOTO - VİDEO05 / 10 / 2024, 13:59Ceyhun Bayramov Beynəlxalq Müəllimlər Günü münasibəti ilə Müəllimləri təbrik edib05 / 10 / 2024, 13:57Sabir Hacıyev “Şöhrət” ordeni ilə təltif edilib05 / 10 / 2024, 13:35Ən yüksək nəticə göstərən və ali məktəbə qəbul olan 102 tələbəyə Prezident təqaüdü veriləcək - SƏRƏNCAM05 / 10 / 2024, 13:25Bəhreyn Krallığının Baş prokuroru Azərbaycana gəlib - FOTO05 / 10 / 2024, 13:06Bazar günü hava necə olacaq? - PROQNOZ05 / 10 / 2024, 12:46Dəmir yolu stansiyasından oğurluq edən şəxs saxlanılıb05 / 10 / 2024, 12:22Qızıl və gümüş cüzi ucuzlaşıb05 / 10 / 2024, 11:53Bakıda 76 min manatı dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən şəxs saxlanılıb05 / 10 / 2024, 11:11DİN: Ötən gün 32 cinayətin üstü açılıb05 / 10 / 2024, 10:42Gəncə şəhərininin ikinci dəfə raket hücumuna məruz qalmasından dörd il ötür05 / 10 / 2024, 10:29
Bütün xəbərlər