Bu gün Əfv Komissiyası yeni müraciətlərə baxacaq
![Bu gün Əfv Komissiyası yeni müraciətlərə baxacaq](/images/2021/03/02/20210302092440428/thumb.jpg?2021-03-02+09%3A28%3A56)
Bu gün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçiriləcək.
1news.az-ın Trend-ə istinadən məlumatına görə, iclasda əfvlə bağlı müraciətlərə baxılacaq.
Qeyd edək ki, indiyədək komissiyanın 4 iclası keçirilib və daxil olan müraciətlərin 450-dən çoxuna baxılıb. İclaslarda əsasən yol nəqliyyat hadisəsi törətmiş şəxslərin, əcnəbilərin və hərbi qulluqçuların müraciətlərinə baxılıb.
467