Misir portalında Azərbaycanın Vətən müharibəsində qazandığı Qələbədən bəhs edən məqalə yerləşdirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Misir portalında Azərbaycanın Vətən müharibəsində qazandığı Qələbədən bəhs edən məqalə yerləşdirilib

S.Xankişiyeva13:55 - 05 / 03 / 2021
Misir portalında Azərbaycanın Vətən müharibəsində qazandığı Qələbədən bəhs edən məqalə yerləşdirilib

Misirin “Aldiplomasy” informasiya portalında Azərbaycan xalqının Vətən müharibəsində qazandığı Qələbədən bəhs edən geniş məqalə yerləşdirilib.

AZƏRTAC xəbər verir ki, məqalədə Azərbaycan Prezidenti İlham Əliyevin fevralın 26-da yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında şanlı Qələbəyə aparan yol, Cənubi Qafqaz regionunda yaranmış yeni geosiyasi reallıqlar barədə fikirləri yer alıb.

Məqalədə qeyd edilib ki, Prezident İlham Əliyev 30 ilə yaxın müddət ərazisinin 20 faizi Ermənistan tərəfindən işğal edilmiş Azərbaycanda torpaqların düşmən tapdağından azad edilməsi istiqamətində aparılan ardıcıl və məqsədyönlü siyasətdən, ordu quruculuğu və Silahlı Qüvvələrin ən müasir hərbi texnika ilə təchiz edilməsindən, pulsuz silah-sursatla təmin edilən Ermənistanın Qarabağda və sərhədyanı bölgələrdə törətdiyi təxribatların qarşısının alınmasından bəhs edib. Dövlət başçısı media nümayəndələrinə 10 noyabr Bəyanatının şərtlərinin yerinə yetirilməsi, Türkiyə və Rusiyanın müşahidə missiyasının fəaliyyəti, işğaldan azad edilmiş ərazilərdə aparılacaq bərpa-quruculuq işləri haqqında ətraflı məlumat verib.

Ölkəmizin son 17 ildə keçdiyi inkişaf yolu, həyata keçirilən transmilli neft-qaz və nəqliyyat layihələrindən bəhs edilən məqalədə vurğulanıb ki, iqtisadi qüdrətə və beynəlxalq nüfuza malik olan Azərbaycanın rəşadətli Ordusu cəmi 44 gün ərzində möhtəşəm Qələbə qazandı, BMT Təhlükəsizlik Şurasının qətnamələrini öz gücü ilə yerinə yetirdi. “İndi Qafqazda yeni era başlayır. Azərbaycan Prezidenti də bəyan edib ki, regionda sülhün, sabitliyin təmin edilməsi iqtisadi inkişafın rəhnidir və əvvəlki təcavüzkar siyasətindən əl çəkən Ermənistan da bu tərəqqidən faydalana bilər. Hazırda Ermənistanda baş verən gərgin proseslər, bəzi qisasçı qüvvələrin baş qaldırmasına münasibət bildirən Prezident İlham Əliyev onlara ciddi xəbərdarlıq edib və deyib ki, Azərbaycan Ordusu hər cür təxribatın qarşısını qətiyyətlə almağa qadirdir”, - deyə məqalənin sonunda qeyd edilir.

Paylaş:
314

Son xəbərlər

Bakıda 22 il əvvəl öldürülən yeniyetmə qızın qətlinin üstü açılıb05 / 10 / 2024, 18:11Bakıda “Avenue” lüks seqment mebel və ev aksesuarları mağazası açılıb - FOTO05 / 10 / 2024, 17:49Bərdədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib05 / 10 / 2024, 17:18Güclü külək əsəcək - XƏBƏRDARLIQ05 / 10 / 2024, 16:48Yeni hərbi nizamnamə layihələrinin hazırlanması məqsədilə MN-də yaradılan işçi qrupunun görüşü keçirilib05 / 10 / 2024, 16:21Bu gün görkəmli bəstəkar Xəyyam Mirzəzadənin doğum günüdür05 / 10 / 2024, 16:06Binədə 27 min manatlıq oğurluq edən şəxs saxlanılıb05 / 10 / 2024, 15:37Zəngilanda altıncı yaşayış kompleksinin layihə görüntüləri yayımlanıb05 / 10 / 2024, 15:01XİN: Ermənistanın sülhsevər mövqeyi ilə bağlı açıqlamaları beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi daşıyan manipulyasiyadır05 / 10 / 2024, 14:21Enerji keçidi: beynəlxalq öhdəliklər, nailiyyətlər və çağırışlar - FOTO - VİDEO05 / 10 / 2024, 13:59Ceyhun Bayramov Beynəlxalq Müəllimlər Günü münasibəti ilə Müəllimləri təbrik edib05 / 10 / 2024, 13:57Sabir Hacıyev “Şöhrət” ordeni ilə təltif edilib05 / 10 / 2024, 13:35Ən yüksək nəticə göstərən və ali məktəbə qəbul olan 102 tələbəyə Prezident təqaüdü veriləcək - SƏRƏNCAM05 / 10 / 2024, 13:25Bəhreyn Krallığının Baş prokuroru Azərbaycana gəlib - FOTO05 / 10 / 2024, 13:06Bazar günü hava necə olacaq? - PROQNOZ05 / 10 / 2024, 12:46Dəmir yolu stansiyasından oğurluq edən şəxs saxlanılıb05 / 10 / 2024, 12:22Qızıl və gümüş cüzi ucuzlaşıb05 / 10 / 2024, 11:53Bakıda 76 min manatı dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən şəxs saxlanılıb05 / 10 / 2024, 11:11DİN: Ötən gün 32 cinayətin üstü açılıb05 / 10 / 2024, 10:42Gəncə şəhərininin ikinci dəfə raket hücumuna məruz qalmasından dörd il ötür05 / 10 / 2024, 10:29
Bütün xəbərlər