“Ağır koronavirus xəstələrində ECMO istifadəsinin xüsusiyyətləri” mövzusunda onlayn seminar keçirildi | 1news.az | Xəbərlər
Cəmiyyət

“Ağır koronavirus xəstələrində ECMO istifadəsinin xüsusiyyətləri” mövzusunda onlayn seminar keçirildi

17:09 - 05 / 03 / 2021
“Ağır koronavirus xəstələrində ECMO istifadəsinin xüsusiyyətləri” mövzusunda onlayn seminar keçirildi

5 mart 2021-ci il tarixində Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin və Mərkəzi Gömrük Hospitalının birgə təşkilatçılığı ilə “Ağır koronavirus xəstələrində ECMO istifadəsinin xüsusiyyətləri” mövzusunda onlayn seminar keçirilib.

1news.az xəbər verir ki, seminarda Mərkəzi Gömrük Hospitalının rəis müavini Bəxtiyar Musayev açılış nitqi ilə çıxış edərək seminara qoşulan həkimləri salamladı və ağır koronavirus xəstələrində düzgün ECMO istifadəsinin vacib rola malik olduğunu qeyd etdi. Koronavirus pandemiyası dünya gündəmini zəbt etdiyi andan etibarən Mərkəzi Gömrük Hospitalının tibb personalının koronavirusla mübarizədə ön cəbhədə mübarizə apardığını vurğulayan Bəxtiyar Musayev uğurlu ECMO istifadəsinə dair Hospitalın təcrübəsini bölüşdü. Ökəmizdə ilk dəfə koronaviruslu xəstədə ECMO cihazının məhz Mərkəzi Gömrük Hospitalında uğurla tətbiq olunduğunu qeyd edən Bəxiyar Musayev çıxışının sonunda onlayn seminarın işinə uğurlar arzu etdi.

Daha sonra Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, t.e.d, ürək-damar cərrahı Dr.Rəşad Mahmudov çıxış edərək Elmi-Təcrübi və Tədris Mərkəzinin fəaliyyəti barədə məlumat verdi. Elmi-Təcrübi və Tədris Mərkəzinin həkimlərin bilik və bacarıqlarının artırılması istiqamətində mütəmadi olaraq təkmilləşdirici seminarlar, təcrübə mübadiləsinin həyata keçirilməsi üçün konfrans və təlimlər təşkil etdiyini vurğulayan Dr.Rəşad Mahmudov davamlı tibbi təhsilin tibb işçilərinin peşəkar fəaliyyətində çox mühüm rola malik olduğunu qeyd etdi.

Seminar Mərkəzi Gömrük Hospitalının şöbə rəisi, anestezioloq-reanimatoloq Dr. Tural Sadıqovun “Süni tənəffüs aparatında olan xəstədə nə zaman ECMO barədə düşünək? Nə vaxt və kimə ECMO ?”, Mərkəzi Gömrük Hospitalının anestezioloq-reanimatoloqu Dr.Xəyal Məmmədovun “Ağır koronavirus xəstəsinin qiymətləndirilməsi: Ağciyər qoruyucu ventilyasiyada ECMO-nun rolu” və Mərkəzi Gömrük Hospitalının ürək-damar cərrahı Dr. Kənan Əsədovun “ECMO taxmanın texniki problemləri, zamanlamanın vacibliyi” mövzularındakı təqdimatları ilə davam etdi.

Dr.Rəşad Mahmudovun moderatorluğu və 100-ə yaxın həkimin iştirakı ilə həyata keçirilən onlayn seminarda sonda dinləyiciləri maraqlandıran suallar cavablandırıldı və mövzu ilə əlaqəli həkimlər arasında təcrübə mübadiləsi baş tutdu.

1news.az

Paylaş:
197

Son xəbərlər

PAŞA Holding üçün taksi biznesində növbəti mərhələ26 / 04 / 2024, 18:12İlham Əliyev: Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirikBu gün, 17:50Tovuz dəmir yolu stansiyasında sərnişinlərin qəbulu dayandırıldıBu gün, 17:47Azad olunandan sonra Xankəndi şəhərində ilk körpə dünyaya gəlib - FOTOBu gün, 17:10Prezident: Ermənistan dırnaqarası “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıbBu gün, 16:50Prezident: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərikBu gün, 16:35Prezident: Cənubi Qafqaz ölkələrinin potensialı məlumdur və birgə işləyə biləcəyimiz sahələri də artıq bilirikBu gün, 16:18“Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdiBu gün, 16:09Azərbaycanda işğaldan azad edilmiş ərazilərə xərcləmələr 5 % artıbBu gün, 15:44Dövlət başçısı: İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız varBu gün, 15:40“Azərbaycan iqtisadiyyatı özünü təmin edən iqtisadiyyatdır”Bu gün, 15:06Ceyhun Bayramov Çexiyanin Baş naziri ilə görüşübBu gün, 14:58İlham Əliyev: İqlim dəyişiklikləri məsələlərinin həlli baxımından COP29-un uğurla keçməsini istəyirikBu gün, 14:48Prezident: COP29 beynəlxalq ictimaiyyətin Azərbaycana böyük hörmət və dəstəyinin təzahürüdürBu gün, 14:46Yenilənmiş Porsche Bakı Mərkəzinin açılış mərasimi baş tutdu! - FOTOBu gün, 14:45İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edirBu gün, 14:36Məşhur azərbaycanlı maliyyəçisi Fərid Əlizadə Vyanada vəfat edibBu gün, 14:09Müdafiə Nazirliyi: Tank bölmələrində yarış keçirilib - VİDEOBu gün, 14:02Daha 39 ailəyə Füzuzildə mənzillərinin açarı təqdim olunub - YENİLƏNİBBu gün, 13:55Elnur Məmmədov Njdenin təlimatlarının Ermənistanda yaşadıldığını BƏM-in hakimlərinin diqqətinə çatdırıbBu gün, 13:40
Bütün xəbərlər