İRNA agentliyi Azərbaycan Prezidentinin İƏT-in Zirvə toplantısındakı çıxışından bəhs edən məqalə yayıb
İran mətbuatı Azərbaycan Prezidenti İlham Əliyevin İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) 14-cü toplantısındakı məzmunlu çıxışına geniş yer verib.
AZƏRTAC xəbər verir ki, İRNA saytında “Bakı, Ankara, Tehran beynəlxalq nəqliyyat layihələrinin həyata keçirilməsi üçün vahid mövqedən çıxış edirlər” sərlövhəli məqalə dərc olunub. Qeyd edək ki, bu fikri Prezident İlham Əliyev toplandakı çıxışı zamanı səsləndirib və sayt bu sözləri məqalənin sərlövhəsinə çıxarıb.
Materialda Azərbaycan Prezidentinin fikirlərinə istinad olunaqar nəzərə çatdırılıb ki, Qarabağın işğaldan azad olunması regionda siyasi və iqtisadi əməkdaşlıq üçün yeni imkanlar yaranıb. Azərbaycan regionda sülh və sabitliyin bərpa olunmasını düşünür və bu istiqamətdə addımlar atır.
Prezident bölgədə nəqliyyat layihələrinin həyata keçirilməsində Azərbaycan, Türkiyə və İranın ortaq mövqedə olduqlarını vurğulayaraq bildirib ki, Ermənistan konstruktiv mövqe tutarsa, bu prosesdən faydalana bilər.
Azərbaycan Prezidenti Naxçıvan Muxtar Respublikası ilə Azərbaycan Respublikasının digər bölgələri arasında nəqliyyat dəhlizinə toxunaraq İƏT-ə üzv ölkələri bu dəhlizdən faydalanmağa dəvət edib.