“France 24” televiziya kanalı Qarabağda aparılan quruculuq işlərinə dair reportaj yayımlayıb - FOTO | 1news.az | Xəbərlər
Siyasət

“France 24” televiziya kanalı Qarabağda aparılan quruculuq işlərinə dair reportaj yayımlayıb - FOTO

S.Xankişiyeva12:32 - 06 / 03 / 2021
“France 24” televiziya kanalı Qarabağda aparılan quruculuq işlərinə dair reportaj yayımlayıb - FOTO

“France 24” televiziya kanalında “Dağlıq Qarabağa bələdçi ilə səfər: mina təmizləməsi, tikinti və kommunikasiya” adlı reportaj yayımlanıb.

AZƏRTAC xəbər verir ki, reportajda Azərbaycan hökuməti tərəfindən onlarla jurnalistdən ibarət qrup üçün İkinci Qarabağ müharibəsində azad edilmiş ərazilərimizə bələdçi ilə turun təşkilindən söz açılıb. “France 24” kanalının ölkəmizdəki xüsusi müxbirinin də turda iştirak etdiyi bildirilir. Qeyd edilir ki, kommunikasiyanın məqsədi tur vasitəsilə bölgənin inkişafında hökumətin iradəsini göstərmək olub.

Reportajda İkinci Qarabağ müharibəsində azad edilmiş Füzuli rayonunda aparılan quruculuq işləri ilə tanış olmaq üçün onlarla jurnalistin dəvət olunduğu göstərilib. Jurnalist qrupu üçün təşkil edilmiş turun ilk mərhələsi ərazilərin minalardan təmizlənməsini göstərmək olub. Mina təmizləmə işlərinə məsul şəxs Mədəd Məmmədov minadan təmizləmə işlərinin beynəlxalq mediada işıqlandırılmasının əhəmiyyətinə toxunaraq, ermənilərin mina xəritəsini vermədiyini bildirib. Qeyd edib ki, mina təmizləmə işlərində üzləşdikləri əsas problemlər məhz ermənilər tərəfindən mina xəritəsinin verilməməsidir. Xəritə olmadığı üçün minasız yerlər də minalı kimi qəbul edilir və minatəmizləmə işləri çox vaxt aparır.

Həmçinin reportajda Füzulidə aeroport tikinti sahəsini əks etdirən videogörüntülər yayımlanıb və dövlət tərəfindən büdcə ayrıldığı, gələn payıza qədər aeroportun istismara verilməsinin planlaşdırıldığı diqqətə çatdırılıb. Yeni aeroportun tikintisinin Azərbaycan Prezidenti İlham Əliyevin qərarı ilə tikildiyi bildirilərək, aeroportun regionun turistik, eləcə də logistik potensialına böyük töhfə verəcəyi vurğulanıb. Qeyd edilib ki, aeroportu azad edilmiş digər rayonlarla birləşdirən avtomobil yolu tikilməkdədir. Bu tikintilərdə Azərbaycan və türk şirkətlərinin çalışdığı bildirilib. Eyni zamanda, Füzulini Qarabağın mərkəzində yerləşən Şuşa şəhəri ilə birləşdirəcək ən qısa avtomobil yolunun da tikilməkdə olduğu vurğulanıb.

Paylaş:
241

Son xəbərlər

Ordubadda hərbi sursat aşkar edilibBu gün, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndiribBu gün, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilibBu gün, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEOBu gün, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıbBu gün, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTOBu gün, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olubBu gün, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölübBu gün, 13:43Azərbaycanın dövlət borcu açıqlandıBu gün, 13:18İkiqat Paralimpiya çempionu Lamiyə Vəliyeva afrikalı idmançı ilə evləndi - FOTOBu gün, 13:15COP29-un Azərbaycanda keçirilməsi: Qlobal dəyişikliklərə və yeni imkanlara doğru addımBu gün, 13:11Hacıqabulda saxta pul dövriyyəsi ilə məşğul olan şəxslər həbs olunubBu gün, 12:47Rusiya Ukraynanın enerji infrastrukturuna hücumlar edibBu gün, 12:37Cümə gününün hava proqnozuBu gün, 12:22Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirilibBu gün, 12:11Əmtəə bazarlarında qızıl və gümüşün qiyməti azalıbBu gün, 12:05Azad edilmiş rayonlarda nə qədər iş yeri yaradılıb? - Statistika açıqlandıBu gün, 11:58Şəkərli diabetin müayinə və stasionar müalicəsi icbari tibbi sığorta ilə qarşılanırBu gün, 11:36FHN dəm qazı təhlükəsi ilə əlaqədar əhaliyə müraciət edibBu gün, 11:32Azərbaycan Prezidenti Mavritaniyanın dövlət başçısına təbrik məktubu ünvanlayıbBu gün, 11:22
Bütün xəbərlər