Azad edilmiş torpaqlarda mədəni irsin vəziyyətinə dair ilkin monitorinqin nəticələri UNESCO-ya göndərilib | 1news.az | Xəbərlər
Siyasət

Azad edilmiş torpaqlarda mədəni irsin vəziyyətinə dair ilkin monitorinqin nəticələri UNESCO-ya göndərilib

17:06 - 09 / 03 / 2021
Azad edilmiş torpaqlarda mədəni irsin vəziyyətinə dair ilkin monitorinqin nəticələri UNESCO-ya göndərilib

44 günlük Vətən Müharibəsi dövründə işğal olunmuş ərazilərdə mədəni irsimizə qarşı törədilən vandalizm aktları, habelə Gəncə, Bərdə və digər yaşayış ərazilərinə raket hücumları ilə əlaqədar UNESCO və İSESCO-ya, BMT-nin Sivilizasiyalar Alyansına və 150 ölkənin Mədəniyyət Nazirliyinə müraciətlər ünvanlanıb.

1news.az-ın məlumatına görə, bu barədə Nazirlər Kabinetinin 2020-ci ilə dair hesabatında bildirilib.

Bununla yanaşı, müharibədən sonrakı dövrdə azad edilmiş torpaqlarda mədəni irsin vəziyyətinin müəyyənləşdirilməsi üçün həyata keçirilən ilkin monitorinqin nəticələrinə dair müvafiq hesabatların UNESCO-ya göndərilməsi təmin olunub.

1news.az

Paylaş:
343

Son xəbərlər

Bütün xəbərlər