Bu gün Azərbaycanda 879 nəfər koronavirusa yoluxub - STATİSTİKA | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu gün Azərbaycanda 879 nəfər koronavirusa yoluxub - STATİSTİKA

Qafar Ağayev14:36 - 19 / 03 / 2021
Bu gün Azərbaycanda 879 nəfər koronavirusa yoluxub - STATİSTİKA

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 879 yeni yoluxma faktı qeydə alınıb, 334 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan 1news.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 11 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 244 303 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 232 228 nəfər müalicə olunaraq sağalıb, 3 325 nəfər vəfat edib, aktiv xəstə sayı 8 750 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 776, ötən müddət ərzində isə ümumilikdə 2 756 457 test aparılıb.

Paylaş:
561

Son xəbərlər

Bütün xəbərlər