Azərbaycanda xüsusi karantin rejimi uzadıldı - RƏSMİ | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda xüsusi karantin rejimi uzadıldı - RƏSMİ

Qafar Ağayev15:51 - 19 / 03 / 2021
Azərbaycanda xüsusi karantin rejimi uzadıldı - RƏSMİ

Nazirlər Kabinetinin Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə Qərarı imzalanıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan 1news.az-a verilən məlumata görə, “Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2021-ci il 1 iyun saat 06:00-dək uzadılsın”.

Qərara əsasən aprel və may aylarında ictimai nəqliyyatın hərəkəti aşağıdakı qaydada tənzimlənəcək:

  • 2021-ci il 3 aprel saat 00:00-dan 5 aprel saat 06:00-dək;
  • 10 aprel saat 00:00-dan 12 aprel saat 06:00-dək;
  • 17 aprel saat 00:00-dan 19 aprel saat 06:00-dək;
  • 24 aprel saat 00:00-dan 26 aprel saat 06:00-dək;
  • 1 may saat 00:00-dan 3 may saat 06:00-dək;
  • 8 may saat 00:00-dan 10 may saat 06:00-dək;
  • 15 may saat 00:00-dan 17 may saat 06:00-dək;
  • 22 may saat 00:00-dan 24 may saat 06:00-dək;
  • 29 may saat 00:00-dan 31 may saat 06:00-dək Azərbaycan Respublikası ərazisində ictimai nəqliyyatın hərəkəti dayandırılır.
Paylaş:
828

Son xəbərlər

Bütün xəbərlər