Goranboyda karantin qaydalarını pozan kafe aşkarlandı
![Goranboyda karantin qaydalarını pozan kafe aşkarlandı](/images/2021/03/27/20210327024158471/thumb.jpg?2021-03-27+14%3A43%3A35)
Goranboyda karantin rejimini pozan çayxana aşkarlanıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan 1news.az-a verilən məlumata görə, Goranboy rayon Polis Şöbəsinin əməkdaşları inzibati ərazilərində xidmət aparan zamanı rayonun Baxçakürd kəndi ərazisində gecə saatlarında gizli şəkildə fəaliyyət göstərən çayxana aşkarlayıb.
Obyekt sahibi - İlkay Abdullayev və 5 nəfər müştəri saxlanılaraq RPŞ-yə gətirilib və barələrində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə 200 manat məbləğində cərimə edilib.
542