Myanmada toqquşmalarda 50-dən çox insan ölüb
Myanmada nümayişçilər və təhlükəsizlik qüvvələri arasında toqquşmalarda ölənlər var.
1news.az xəbər verir ki, APA-nın "Myanmar Now" portalına istinadən verdiyi xəbərə görə, Myanmanın bir neçə şəhərində hökumət əleyhinə nümayişçilərlə təhlükəsizlik qüvvələri arasında baş verən toqquşmalarda 50-dən çox insan ölüb.
Xəbər portalı bildirib ki, bir gün öncə ölkədə hərbi çevriliş edərək hakimiyyətə gələn qüvvələr nəzarət etdikləri KİV vasitəsi ilə etiraz aksiyalarında iştirak edənlərə xəbərdarlıq edib. Xəbərdarlıqda qeyd olunub ki, nümayişlərdə iştirak edən şəxslər "təsadüfən" başlarından güllə yarası ala bilər.
"Səhərin erkən saatlarından başlayaraq gün ərzində 50-dən çox adam nümayişlərdə həlak olub. Yanqon, Baqo, Mandalay şəhərlərində və bu şəhərlərə bitişik bölgələrdə ölüm hadisələri qeydə alınıb", portal yazıb.
Bu gün ölkədə Silahlı Qüvvələr Günü qeyd olunur.
Xatırladaq ki, fevralın 1-də Myanmada hərbi çevriliş olub. Myanma prezidenti Vin Myin və ölkənin hakim "Demokratiya Uğrunda Milli Liqası" partiyasının rəhbəri Aun San Su Çji saxlanılıb.