Məktəblərdə “COVİD-19”-la bağlı vəziyyət necədir? – AÇIQLAMA | 1news.az | Xəbərlər
Cəmiyyət

Məktəblərdə “COVİD-19”-la bağlı vəziyyət necədir? – AÇIQLAMA

Qafar Ağayev17:50 - 29 / 03 / 2021
Məktəblərdə “COVİD-19”-la bağlı vəziyyət necədir? – AÇIQLAMA

Məktəblərdə “COVID-19”-la bağlı vəziyyətə dair məlumat açıqlanıb.

1news.az-ın xəbərinə görə, Təhsil Nazirliyindən bildirilib ki, Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı əlavə tədbirlər barədə” qərarına və Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən, fevralın 1-dən ölkə üzrə ümumi təhsil müəssisələrində karantin rejiminin qaydalarına əməl edilməklə ənənəvi tədris qismən davam etdirilir.

Qeyd olunub ki, ümumi təhsil müəssisələrinin yaşı 50-dən yuxarı olan müəllim və texniki heyətinin martın ilk həftəsindən vaksinasiya prosesinə başlanılıb.

“Bu proses çərçivəsində bu günədək 50 faizdən çox müəllim və texniki heyət “COVID-19” əleyhinə peyvənd olunub. Təhsil prosesinin səmərəli təşkili üçün müəllim, o cümlədən texniki heyətin vaksinasiya prosesində iştirakı zəruridir”.

“1 fevral – 29 mart 2021-ci il tarixlərində ümumi təhsil müəssisələrinin 1,6 faizi müxtəlif vaxtlarda distant təhsilə keçirilib ki, onların böyük bir qismində əyani təhsil yenidən bərpa edilib” - deyə, nazirliyin məlumatda bildirilib.

“Məktəblərdə müəllim, texniki işçi və şagird heyəti arasında yoluxma halları aşkar olunarsa, Təhsil Nazirliyi Səhiyyə Nazirliy ilə razılaşdırmaqla tədrisin distant formaya keçirilməsi barədə qərar qəbul edir”.

Həmçinin əlavə olunub ki, 29 mart tarixindən teledərslərin yayımlandığı “Dərs vaxtı” proqramı, həmçinin “Virtual məktəb” platforması üzərindən də onlayn tədris davam etdirilir.

“Təhsil Nazirliyi təhsil ictimaiyyətinə sanitar-gigiyenik qaydalara əməl etməyi, maska taxmaqla və sosial məsafəni gözləməklə “COVID-19” xəstəliyindən qorunmağı bir daha tövsiyə edir”.

Paylaş:
1496

Son xəbərlər

Bütün xəbərlər