Bakıda daha 3 məktəbdə ənənəvi dərslər bərpa olundu | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda daha 3 məktəbdə ənənəvi dərslər bərpa olundu

Qafar Ağayev10:35 - 31 / 03 / 2021
Bakıda daha 3 məktəbdə ənənəvi dərslər bərpa olundu

Martın 31-də paytaxtdakı 39, 258 nömrəli tam orta məktəblərdə və 166 nömrəli məktəb-liseydə əyani tədris prosesi bərpa olunub.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən 1news.az-a verilən məlumata görə, qeyd olunan məktəblərin kontingenti üçün Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında müəyyənləşdirilmiş karantin müddəti başa çatıb.

Qeyd edək ki, 39, 258 nömrəli tam orta məktəblərdə və 166 nömrəli məktəb-liseydə çalışan bir neçə müəllimin COVİD-19 testi pozitiv çıxdığına görə təhsil müəssisələrində tədris müvəqqəti olaraq distant formada davam etdirilirdi.

Hazırda təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesi Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”na uyğun olaraq təşkil edilir.

Təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur və müvafiq qaydaların icrası ilə bağlı mütəmadi monitorinqlər aparılır.

Paylaş:
497

Son xəbərlər

Müdafiə Naziri: Azərbaycan Ordusu Böyük Qayıdışa layiqli töhfələr verir25 / 06 / 2024, 22:27Dövlət başçısı bəzi hərbi qulluqçulara ali hərbi rütbə verdi25 / 06 / 2024, 22:23Müdafiə Nazirliyinin hərbi qulluqçuları təltif edildi25 / 06 / 2024, 22:20Prezident Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib25 / 06 / 2024, 22:11Natiq Qasımova “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib25 / 06 / 2024, 21:47Müəllimlərin sertifikasiya imtahanlarında zəif nəticə göstərən bölgələr açıqlanıb25 / 06 / 2024, 17:50SABAH qrupları bakalavriat səviyyəsində müəllimlərin işə qəbulu üzrə müsabiqə elan olunur25 / 06 / 2024, 17:39Milli Məclisin 28 iyunda keçiriləcək iclasının gündəliyi açıqlanıb - SİYAHI25 / 06 / 2024, 17:27Agentlik monitorinq keçirdi - Bəzi dondurmalarda bakteriya aşkar edilib - FOTO25 / 06 / 2024, 17:12PAŞA Holding-in tələbələr üçün təşkil etdiyi “Əlaçı” təqaüd proqramının bağlanış tədbiri baş tutub - FOTO25 / 06 / 2024, 17:06Xidmət rəisindən güclü küləklə bağlı əhaliyə müraciət25 / 06 / 2024, 16:56AFFA iki kluba texniki məğlubiyyət verib25 / 06 / 2024, 16:49Ərdoğan və Putin arasında telefon danışığı olub25 / 06 / 2024, 16:45Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq edilib25 / 06 / 2024, 16:17Birinci Qarabağ müharibəsində itkin düşmüş və şəxsiyyəti müəyyənləşdirilən daha səkkiz şəhid dəfn ediləcək25 / 06 / 2024, 16:12“Aİ-92” benzinin və dizelin qiyməti artırılır?25 / 06 / 2024, 16:00Paytaxtın bəzi yollarında avtobusların hərəkəti məhdudlaşdırıldı25 / 06 / 2024, 15:45Təkrar sertifikatlaşdırmada minimum tələbi ödəməyən və nəticələri ləğv edilən müəllimlərin müqavilələrinə xitam veriləcək25 / 06 / 2024, 15:35Heydər Əliyev adına Hərbi İnstitutda növbəti buraxılış mərasimi keçirilib - VİDEO25 / 06 / 2024, 15:10Əlillərə verilən avtomobillərin satılması və bağışlanması qadağan olunub25 / 06 / 2024, 15:08
Bütün xəbərlər