Misir Mərdanova yeni vəzifə verildi - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Misir Mərdanova yeni vəzifə verildi - FOTO

Qafar Ağayev16:22 - 05 / 04 / 2021
Misir Mərdanova yeni vəzifə verildi - FOTO

AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin (FRTEB) Ümumi yığıncağında AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru vəzifəsinə seçkilər keçirilib.

Akademiyadan 1news.az-a verilən məlumata görə, AMEA prezidentinin təqdimatına və AMEA Rəyasət Heyətinin 8 yanvar 2021-ci il tarixli qərarına müvafiq olaraq, adıçəkilən vəzifəyə AMEA-nın müxbir üzvü Misir Mərdanovun namizədliyi irəli sürülüb.

Açıq səsvermə ilə AMEA-nın müxbir üzvü Misir Mərdanov AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru vəzifəsinə seçilib və təsdiq edilməsi üçün AMEA Rəyasət Heyəti qarşısında vəsatət qaldırılması barədə qərar qəbul edilib.

Paylaş:
823

Son xəbərlər

Bütün xəbərlər