Bərdədə kafedə nişan məclisi təşkil edənlər yaxalandı
Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Bərdə RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər zamanı rayon sakini Eynulla Quluyevin şəhər ərazisindəki kafelərin birində qonaqların iştirakı ilə öz övladına nişan məclisi təşkil etdiyi müəyyən edilib. E. Quluyev və iştirakçılardan 5 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub, digər iştirakçılara isə xəbərdarlıq edilib.
455