ASCO-da Türkiyə və Özbəkistanın nümayəndə heyətləri ilə görüş keçirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

ASCO-da Türkiyə və Özbəkistanın nümayəndə heyətləri ilə görüş keçirilib

Qafar Ağayev14:23 - 06 / 04 / 2021
ASCO-da Türkiyə və Özbəkistanın nümayəndə heyətləri ilə görüş keçirilib

Aprelin 6-da “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də (ASCO) Türk Dünyası Əməkdaşlıq Şurasının (TDƏŞ) təşkilatçılığı ilə Türkiyə və Özbəkistan respublikalarının nümayəndə heyətləri ilə görüş keçirilib.

1news.az xəbər verir ki, görüşdə ASCO sədri Rauf Vəliyevin başçılıq etdiyi heyət, TDƏŞ Baş katibinin müavinləri Mirvohid Azimov, Qismət Gözəlov, Özbəkistan Nəqliyyat nazirinin müavini Abdusamat Muminov, bu ölkənin gömrük və nəqliyyat qurumlarının nümayəndələri, Türkiyə Beynəlxalq Daşıyıcılar Assosiasiyasının direktorlar heyətinin rəhbəri Alper Özel iştirak ediblər.

Sədr Rauf Vəliyev qonaqlara 162 illik tarixi olan qurumun fəaliyyəti, iştirak etdiyi layihələr və gələcək planlar barədə geniş məlumat verib. Bildirib ki, ASCO dənizdə yükdaşımalarla yanaşı, neft-qaz sahəsində gəmiçilik xidmətləri də göstərir. Rauf Vəliyev həmçinin, beynəlxalq ticarətin inkişafı, tranzit imkanlarının daha da genişləndirilməsi məqsədilə Azərbaycanın həyata keçirdiyi irimiqyaslı layihələrdən də söz açıb. O qeyd edib ki, Xəzər dənizi üzərindən yüklərin daşınması və bu sahənin inkişafına töhfə vermək üçün ASCO da öz növbəsində türkdilli dövlətlərlə əməkdaşlığa hazırdır.

Daha sonra TDƏŞ Baş katibinin müavinləri Mirvohid Azimov, Qismət Gözəlov Özbəkistan Nəqliyyat nazirinin müavini Abdusamat Muminov və digər şəxslər çıxış edərək türkdilli dövlətlər arasında əməkdaşlığın genişləndirilməsi, tranzit daşımalarının artırılması, məlumat mübadiləsinin gücləndirilməsi ilə bağlı fikirlərini bölüşüblər.

Qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsindən sonra qonaqlar ASCO-nun inzibati binasında yaradılan 44 günlük Vətən müharibəsinə həsr olunan interaktiv “Zəfər” guşəsi, ASCO-nun tarixini əks etdirən “Üç əsrin şahidi” muzeyi ilə yaxından tanış olublar.

Paylaş:
509

Son xəbərlər

“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37Nazir: Bu il adambaşına düşən ÜDM-in 7200 dollar olacağı gözlənilirBu gün, 13:21MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 13:13Leysan xarakterli yağış yağacaq - Sabahın havasıBu gün, 13:04PAŞA Sığorta könüllü əmlak sığortası əldə edən müştərilərə avtomobil qazanmaq şansı təqdim edir!Bu gün, 13:00Aralarında vəzifəli şəxslərin də olduğu mütəşəkkil dəstənin cinayət işi məhkəməyə göndərilibBu gün, 12:49“Kartdan-karta” üsulu ilə işləyən daha 258 sahibkara cərimə yazılsıBu gün, 12:31Azərbaycan-İran xüsusi təyinatlılarının “Araz – 2024” birgə taktiki təlimi keçirilirBu gün, 12:21Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılarBu gün, 12:12Prezident Surinamın dövlət başçısını təbrik edibBu gün, 12:09MEDİA çap mediası subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 12:09İlham Əliyev Bosniya və Herseqovinanın rəhbərinə təbrik məktubu ünvanlayıbBu gün, 12:08Azər Əmiraslanov: “Gələn il sosial paket 3 milyon insanı əhatə edəcək”Bu gün, 11:58Leysan yağacaq - XƏBƏRDARLIQBu gün, 11:47Sahibə Qafarova: Bu il iqtisadiyyatın əsas sektorlarında mühüm uğurlar müşahidə edilirBu gün, 11:35ABB Bakıxanov qəsəbəsində yeni filial açdı!Bu gün, 11:27Məktəbəhazırlıq qrupları və birinci siniflərin yerdəyişməsi başlayıbBu gün, 11:14Goranboyda 11 baş xırdabuynuzlu heyvanı oğurlayan şəxs saxlanılıbBu gün, 11:08“Bilim Bakı” mərkəzinin şagirdlərinin növbəti beynəlxalq uğuruBu gün, 10:48“Şəki Şərab” şərab zavodunun muzeyi “Korporativ Muzey” Milli Mükafatının qalibi olub - FOTOBu gün, 10:38
Bütün xəbərlər