İƏT nümayəndə heyətinin Gəncəyə səfəri başlayıb | 1news.az | Xəbərlər
Siyasət

İƏT nümayəndə heyətinin Gəncəyə səfəri başlayıb

17:41 - 06 / 04 / 2021
İƏT nümayəndə heyətinin Gəncəyə səfəri başlayıb

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Ermənistanın Azərbaycana qarşı təcavüzünə dair Təmas Qrupuna daxil olan ölkələrin daimi nümayəndələrinin Gəncə şəhərinə səfəri başlayıb.

1news.az-ın Trend-ə istinadən məlumatına görə, Təmas Qrupunun nümayəndələrinin müxtəlif dövlət qurumlarında görüşləri nəzərdə tutulub.

Qeyd edək ki, nümayəndə heyətinin üzvləri daha öncə işğaldan azad olunan Ağdam rayonunda olublar, orada Cümə məscidini ziyarət edib və namaz qılıblar.

Gəncə şəhərinə səfərin məqsədi II Qarabağ müharibəsi dövründə Ermənistan tərəfinin Gəncə şəhərində törətdiyi müharibə cinayətləri ilə tanış olmaqdır.

Paylaş:
336

Son xəbərlər

Sabahın hava proqnozu

24 / 05 / 2025, 13:02

Azərbaycan nefti bahalaşıb

24 / 05 / 2025, 10:50
Bütün xəbərlər