ÜST: Dünyada son bir həftədə koronavirusdan ölüm sayı artıb | 1news.az | Xəbərlər
Dünya

ÜST: Dünyada son bir həftədə koronavirusdan ölüm sayı artıb

09:23 - 07 / 04 / 2021
ÜST: Dünyada son bir həftədə koronavirusdan ölüm sayı artıb

“Son bir həftə ərzində dünyada koronavirusdan ölənlərin sayı 11 faiz artıb”.

1news.az-ın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) həftəlik hesabatında bildirilib.

Qeyd edilib ki, ardıcıl olaraq 6-cı həftədir ki, yeni yoluxma sayı artaraq 4 milyonu keçib, ölüm sayı isə keçən həftəyə nisbətən 71 mindən çox olub.

Hesabata görə, son 7 gündə Cənub-Şərqi Asiyada COVID-dən ölüm sayı 46 faiz, Şimali və Cənubi Amerikada 15 faiz, Şərqi Aralıq dənizində 7 faiz, Avropada isə 2 faiz artıb.

1news.az

Paylaş:
520

Son xəbərlər

Bütün xəbərlər