Kamaləddin Qafarov: “Azərbaycanın tarixi qələbəsi Türk dünyasının inteqrasiyasına səbəb olub” | 1news.az | Xəbərlər
Siyasət

Kamaləddin Qafarov: “Azərbaycanın tarixi qələbəsi Türk dünyasının inteqrasiyasına səbəb olub”

S.Xankişiyeva11:20 - 07 / 04 / 2021
Kamaləddin Qafarov: “Azərbaycanın tarixi qələbəsi Türk dünyasının inteqrasiyasına səbəb olub”

“Məlumdur ki, bu gün Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası regional əməkdaşlıq üçün son dərəcə səmərəli mexanizmə çevrilib və bu qurum beynəlxalq mövqeylərini getdikcə möhkəmləndirir. Bu proseslərdə Azərbaycanın da rolu çox önəmlidir.

Ölkəmiz Vətən müharibəsində əldə etdiyi tarixi qələbə nəticəsində Cənubi Qafqazda yaratdığı yeni reallıqlarla Türk Şurasının və bütün türk dünyasının daha da güclənməsinə misilsiz töhfə vermiş oldu.”

1news.az-ın verdiyi xəbərə görə, bu sözləri Azərbaycan Respublikası Milli Məclisinin deputatı Kamaləddin Qafarov deyib.

Millət vəkilinin sözlərinə görə, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans formatında keçirilmiş qeyri-formal Zirvə görüşü Azərbaycanın gündən-günə artan beynəlxalq nüfuzunun daha bir göstəricisi olmaqla yanaşı, eyni zamanda, ölkəmizin bu təşkilata sədrlik etdiyi dövrdə əldə olunan nailiyyətlərin böyük əhəmiyyətini nümayiş etdirdi: “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans formatında keçirilmiş qeyri-formal Zirvə görüşü, ilk növbədə, quruma üzv olan dövlətlərin həmrəylik və dostluq əlaqələrinin hər zaman olduğundan daha yüksək səviyyədə təzahürünü bütün dünyaya nümayiş etdirdi. Türk Şurasına üzv ölklərin dövlət başçıları Prezident İlham Əliyevə Vətən müharibəsində əldə olunmuş tarixi qələbə münasibətilə bir daha öz səmimi təbriklərini çatdırmaqla ölkələrinin Azərbaycanla həmrəy olduqlarını bir daha təsdiq etdilər.

Məlumdur ki, Türki Şurası türkdilli ölkələr arasında daha sıx dostluq və qarşılıqlı əməkdaşlıq əlaqələrinin qurulması və inkişaf etdirilməsi və türk dünyası ilə digər ölkələr arasında sabit əlaqələrin qurulması baxımından son dərəcə böyük əhəmiyyət kəsb edən bir təşkilatdır. Son illər isə qurumun beynəlxalq nüfuzu daha yüksək dinamika ilə artmaqdadır. Bizim üçün xüsusilə qürurverici haldır ki, Azərbaycanın Vətən müharibəsində əldə etdiyi tarixi qələbə bu təşkilatın həm gücünü, həm də nüfuzunu daha çox artırmış oldu. Bu önəmli fakt Türk Şurasının Zirvə görüşündə dövlət başçılarının çıxışlarında da öz əksini tapmışdır. Qeyd olunmuşdur ki, Türk dünyası Azərbaycan ərazilərinin işğaldan azad olunmasına, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsinə görə daha da güclənib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də həmin Zirvə görüşündə etdiyi çıxışında bu məqamı vurğulayaraq demişdir: “Vaxtilə Zəngəzuru Azərbaycandan alıb Ermənistana birləşdirmək türk dünyasının coğrafi parçalanması idi. Çünki əgər xəritəyə baxsaq görərik ki, sanki bizim bədənimizə xəncər saplanmışdır, türk dünyası parçalanmışdır. Qədim Azərbaycan torpağı olan Zəngəzur indi türk dünyasının birləşməsi rolunu oynayacaq.”

K.Qafarov keçirilən Zirvə görüşündə Azərbaycan Prezidentinin etdiyi çıxışı bütün region ölkələrinə və qonşu dövlətlərə ünvanlanmış bir əməkdaşlıq çağırışı olduğunu da qeyd edib: “Qeyd olunduğu kimi, Azərbaycanın tarixi qələbəsi nəticəsində Cənubi Qafqazda yaranan yeni reallıqlar həm region ölkələri qarşısında, həm də ümumilkdə Avrasiya məkanında böyük iqtisadi inkişaf perspektivləri açıb. Bu imkanlar Türk Şurasının Zirvə görüşündə də çox yüksək qiymətləndirilmişdir. Ölkə Prezidenti cənab İlham Əliyev də öz çıxışında bütün region ölkələrinin bu imkanlardan yararlana biləcəklərini bir daha vurğuladı. Azərbaycanın Vətən müharibəsində əldə etdiyi şanlı qələbə nəticəsində Cənubi Qafqazda yaranmış yeni reallıqlar sırasında məhz Zəngəzur dəhlizi xüsusilə böyük önəm kəsb edir. Öz çıxışında isə dövlət başçımız dedi ki, Azərbaycanın tarixi əraziləri olan Zəngəzur mahalından keçən nəqliyyat, kommunikasiya, infrastruktur layihələri bütün türk dünyasını birləşdirəcək. Həmçinin bu layihələr digər ölkələr üçün də yeni, əlavə imkanlar yaradacaq. O cümlədən, Ermənistan da bu imkanlardan yararlanmaq şansı alacaq.

Məlumdur ki, Ermənistanın hazırda onun müttəfiqi olan Rusiya ilə dəmir yolu əlaqəsi yoxdur. Bu dəmir yolu əlaqəsi Azərbaycan ərazisindən istifadə edilməklə yarana bilər. Ermənistanın onun qonşusu olan İranla da dəmir yolu əlaqəsi yoxdur. Naxçıvan vasitəsilə bu dəmir yolu təmin edilə bilər. Azərbaycan Naxçıvan Muxtar Respublikası vasitəsilə Türkiyə ilə birləşir, Orta Asiya Avropa ilə birləşir. Yəni, Azərbaycan artıq yeni nəqliyyat dəhlizinin yaradılması istiqamətində iri həcmli işlərə start vermişdir.

Kamaləddin Qafarov sonda demişdir: “ Beləliklə, ölkəmiz hər zaman olduğu kimi, yenə də yüksək səmərəliliyi ilə seçilən transmilli layihələrin təşəbbüskarı və əsas iştirakçısı olmaqla, bütün əhəmiyyətli regional-transmilli layihələrin ən arzuolunan iştirakçılarından birinə çevrilib. Azərbaycan artıq uzun müddətdir ki, regionun lider dövləti kimi çıxış edir və öz ərazi bütövlüyünü təmin etdikdən sonra, həm də məhz öz gücünə qalib gəldiyi müharibənin nəticəsi olaraq təmin etdikdən sonra bu mövqeyini daha da möhkəmləndirmişdir.”

Paylaş:
811

Son xəbərlər

Şəkərli diabetin müayinə və stasionar müalicəsi icbari tibbi sığorta ilə qarşılanırBu gün, 11:36FHN dəm qazı təhlükəsi ilə əlaqədar əhaliyə müraciət edibBu gün, 11:32Azərbaycan Prezidenti Mavritaniyanın dövlət başçısına təbrik məktubu ünvanlayıbBu gün, 11:22Dövlət başçısı Timor-Leste Demokratik Respublikasının Prezidentini təbrik edibBu gün, 11:19Məktəbdənkənar təhsil müəssisələrinə elektron qəbul başlayıbBu gün, 11:11“Bərgüşadçay” yedək gəmisi istismara verilibBu gün, 11:08İlham Əliyev Albaniya Prezidentini təbrik edibBu gün, 11:07Suqovuşan-Sərsəng su anbarı-Qozlukörpü-Kəlbəcər avtomobil yolunun inşası davam edir - FOTO - VİDEOBu gün, 11:02COP29 zamanı İçərişəhər və Qala muzeyləri 12000-dən artıq ziyarətçi qəbul edibBu gün, 11:00Paşa Kapitalda “SİMA İmza” ilə məsafədən hesab açmaq imkanı yaradılıbBu gün, 10:41LG telefon bazarını tərk etdiBu gün, 10:34Psixoloq: Oyuncaqlar uşaqların xarakterini formalaşdırırBu gün, 10:20Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilibBu gün, 10:11Bakıda yağıntılı hava şəraiti hökm sürür - FAKTİKİ HAVABu gün, 09:58Doktoranturada təhsil alanlar üçün xarici dillər üzrə fəlsəfə doktoru imtahanı keçiriləcəkBu gün, 09:50Adil Kərimlinin X Qlobal Forumda məruzəsi dinlənilibBu gün, 09:46BDU-nun Astrofizika kafedrası: “Noyabrın 28-29-da geomaqnit qasırğası gözlənilir”Bu gün, 09:30AMB 28 noyabra olan valyuta məzənnələrini açıqladıBu gün, 09:29Bakıda qarlı havalara hazırlıq işləri görülür, texnikalar hazır vəziyyətə gətirilibBu gün, 09:20Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 09:13
Bütün xəbərlər