Milli Məclisin deputatı Qırğızıstanda keçiriləcək referendumu müşahidə edəcək | 1news.az | Xəbərlər
Siyasət

Milli Məclisin deputatı Qırğızıstanda keçiriləcək referendumu müşahidə edəcək

Qafar Ağayev11:32 - 07 / 04 / 2021
Milli Məclisin deputatı Qırğızıstanda keçiriləcək referendumu müşahidə edəcək

Milli Məclisin deputatı Vüqar İskəndərov Qırğız Respublikasında keçiriləcək referendumu müşahidə etmək üçün aprelin 8-də ölkənin paytaxtı Bişkek şəhərinə səfərə gedəcək.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən 1news.az-a bildiriblər ki, Vüqar İskəndərov TÜRKPA Beynəlxalq Müşahidəçilər Missiyasının tərkibində Qırğızıstanda Konstitusiyanın dəyişdirilməsi üçün aprelin 11-də keçiriləcək ümumxalq səsverməsinə hazırlıq işləri ilə yaxından tanış olacaq, seçki günü səsvermə prosesini müşahidə edəcək.

Səfər aprelin 14-də başa çatacaq.

Paylaş:
498

Son xəbərlər

Sabahın hava proqnozu

24 / 05 / 2025, 13:02

Azərbaycan nefti bahalaşıb

24 / 05 / 2025, 10:50
Bütün xəbərlər