Ceyhun Bayramov: İslam Əməkdaşlıq Təşkilatı ilk gündən Azərbaycanın mövqeyini dəstəkləyib
"İslam Əməkdaşlıq Təşkilatı Ermənistan Azərbaycan münaqişənin ilk günlərindən Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyini dəstəkləyib" .
1news.az xəbər verir ki, bunu Xarici işlər naziri Ceyhun Bayramov deyib.
Nazir bildirib ki, 44 günlük Vətən Müharibəsi dövründə İslam Əməkdaşlıq Təşkilatı Azərbaycana dəstəyini əsirgəməyib.
"Burada olan səfirlər son günlər ərzində vəziyyəti yerində dəyərləndirmək imkanında olublar" - deyə, nazir sözlərinə əlavə edib.
İslam Əməkdaşlıq Təşkilatının nümayəndələri bu müddət ərzində işğaldan azad olunan ərazilərə səfər edərək ermənilərin törətdikləri vandallıqları öz gözləri ilə görüblər".
533