İƏT Baş katibi: Ermənistanın minalanmış ərazilərin xəritələrini verməməsi ciddi təhlükədir
![İƏT Baş katibi: Ermənistanın minalanmış ərazilərin xəritələrini verməməsi ciddi təhlükədir](/images/2021/04/08/20210408101529809/thumb.jpg?2021-04-08+22%3A19%3A41)
"Ermənistanın minalanmış ərazilərin xəritələrini Azərbaycana verməməsi çox ciddi təhlükədir" .
1news.az xəbər verir ki, bunu İƏT Baş katibi Yusif Bin Əhməd Əl-Osaymin Azərbaycan Xarici işlər naziri Ceyhun Bayramov ilə keçirilən birgə mətbuat konfransında deyib.
“Bizim nümayəndə heyəti bu ərazilərə səfər edərkən çox ciddi təhlükələrin olduğunu bildirirdilər" - deyə, nazir fikirlərinə əlavə edib:
"Onlar deyirlər ki, hansı anda minaya tuş gələ biləcəyini bilmirsən. Bu, çox ciddi məsələdir. Bu təhlükənin qarşısını almaq üçün Ermənistan minalanmış ərazilərin xəritələrini verməlidir" .
537