Bağdad Amreyev: Türk dövlətləri bundan sonra da Azərbaycanın yanında olacaq | 1news.az | Xəbərlər
Siyasət

Bağdad Amreyev: Türk dövlətləri bundan sonra da Azərbaycanın yanında olacaq

S.Xankişiyeva14:35 - 10 / 04 / 2021
Bağdad Amreyev: Türk dövlətləri bundan sonra da Azərbaycanın yanında olacaq

Azərbaycanı torpaqlarının azad edilməsi münasibətilə təbrik edirəm. Türk dövlətləri bundan sonra da Azərbaycanın yanında olacaq.

Trend-in məlumatına görə, bunu bu gün Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) informasiya və media üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 3-cü toplantısında çıxış edən Türk Şurasının Baş katibi Bağdad Amreyev deyib.

“Çox şadıq ki, Azərbaycan öz torpaqlarını işğaldan azad etdi. Biz türk dövlətləri olaraq Azərbaycanla həmrəyliyimizi ifadə edirik” - deyə, o vurğulayıb.

B.Amreyev əlavə edib ki, türkdilli dövlətlər, eyni zamanda, işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulmasında Azərbaycanın yanında olacaq və əlindən gələn dəstəyi göstərəcək.

Paylaş:
367

Son xəbərlər

Bütün xəbərlər