Gürcüstan parlamentində Qarabağla bağlı müzakirələr keçirilir | 1news.az | Xəbərlər
Siyasət

Gürcüstan parlamentində Qarabağla bağlı müzakirələr keçirilir

13:27 - 12 / 04 / 2021
Gürcüstan parlamentində Qarabağla bağlı müzakirələr keçirilir

Gürcüstan parlamentində Qarabağdakı vəziyyətlə bağlı müzakirələr keçirilir.

1news.az bu barədə Gürcüstan KİV-lərinə istinadən məlumat verir.

Qeyd olunur ki, ölkənin Kəşfiyyat Xidmətinin əməkdaşları Müdafiə və təhlükəsizlik komitəsinin iclasında deputatları müvafiq məlumatlarla tanış edir.

Bundan başqa, Ukrayna ilə bağlı məsələnin də müzakirəsi gözlənilir.

Komitə iclası bağlı qapılar arxasında keçirilir.

1news.az

Paylaş:
334

Son xəbərlər

Bütün xəbərlər