Ukrayna Baş nazirinin müavini Aleksey Reznikov Azərbaycana gəlir | 1news.az | Xəbərlər
Siyasət

Ukrayna Baş nazirinin müavini Aleksey Reznikov Azərbaycana gəlir

13:40 - 12 / 04 / 2021
Ukrayna Baş nazirinin müavini Aleksey Reznikov Azərbaycana gəlir

Ukrayna Baş nazirinin müavini, Ukraynanın müvəqqəti işğal olunmuş əraziləri üzrə naziri Aleksey Reznikov Azərbaycana səfər edəcək.

1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, A. Reznikovun səfəri aprelin 13-14-də baş tutacaq.

Səfər çərçivəsində Ukrayna Baş nazirinin müavini Bakıda bir sıra yüksək səviyyəli görüşlər keçirəcək.

Onun Ağdama səfəri də planlaşdırılıb.

1news.az

Paylaş:
304

Son xəbərlər

Bütün xəbərlər