İlham Əliyev: Azərbaycan-İtaliya əməkdaşlığı münaqişə zamanı və münaqişədən sonra sınaqdan çıxıb | 1news.az | Xəbərlər
Siyasət

İlham Əliyev: Azərbaycan-İtaliya əməkdaşlığı münaqişə zamanı və münaqişədən sonra sınaqdan çıxıb

S.Xankişiyeva17:30 - 13 / 04 / 2021
İlham Əliyev: Azərbaycan-İtaliya əməkdaşlığı münaqişə zamanı və münaqişədən sonra sınaqdan çıxıb

İtaliya bizim çox yaxın dostumuz və tərəfdaşımızdır. Mən keçən ilin fevralında İtaliyaya olan səfərimi hələ də xatırlayıram.

Bildiyiniz kimi, Prezident Mattarellanın Azərbaycana səfərindən sonra mənim səfərim bizim strateji dialoqumuzun davamı idi. Biz strateji tərəfdaşlıq haqqında ikinci sənədi imzaladıq.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı konfransdakı çıxışında söyləyib.

Dövlətimizin başçısı deyib ki, biz İtaliyaya xüsusilə hər zaman işğalın qurbanı ilə işğalçı qüvvəyə eyni yanaşmanın və Ermənistanın havadarlarının güclü olduğu Avropa İttifaqı ailəsində münaqişənin həlli ilə bağlı o qədər asan olmayan fikirləri ifadə etdiklərinə, düzgün və ədalətli yanaşmaya görə minnətdarıq. Beləliklə, bu, əməkdaşlığımızın həqiqətən də çox mühüm əlamətidir.

“Bizim siyasi əlaqələrimiz yüksək səviyyədədir. Biz möhkəm əməkdaşlığı davam etdiririk və bu əməkdaşlıq münaqişə zamanı və münaqişədən sonra sınaqdan çıxıb. Yenidənqurma planlarımızın ilk günlərindən biz İtaliya şirkətlərini dəvət etmişik. Onlar neft kimyası, emal, tikinti və arxitektura sahələrində böyük layihələr icra ediblər. Dediyim kimi, müharibədən sonra biz dost ölkələrin şirkətlərini dəvət edəcəyik”, - deyə Prezident vurğulayıb.

Paylaş:
332

Son xəbərlər

Adil Kərimlinin X Qlobal Forumda məruzəsi dinlənilibBu gün, 09:46BDU-nun Astrofizika kafedrası: “Noyabrın 28-29-da geomaqnit qasırğası gözlənilir”Bu gün, 09:30AMB 28 noyabra olan valyuta məzənnələrini açıqladıBu gün, 09:29Bakıda qarlı havalara hazırlıq işləri görülür, texnikalar hazır vəziyyətə gətirilibBu gün, 09:20Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 09:13Zamiqin ifasında səslənən “Ay Laçın” mahnısı Türkiyə serialında – VİDEO27 / 11 / 2024, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb27 / 11 / 2024, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var27 / 11 / 2024, 17:46Cəlilabadda zəlzələ olub27 / 11 / 2024, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır27 / 11 / 2024, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirik27 / 11 / 2024, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEO27 / 11 / 2024, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıb27 / 11 / 2024, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib27 / 11 / 2024, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıb27 / 11 / 2024, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli oldu27 / 11 / 2024, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edib27 / 11 / 2024, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıb27 / 11 / 2024, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAM27 / 11 / 2024, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilib27 / 11 / 2024, 15:30
Bütün xəbərlər