Azərbaycan öz gücünə münaqişəni həll etdi: Minsk qrupuna ehtiyac varmı? - TƏHLİL | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan öz gücünə münaqişəni həll etdi: Minsk qrupuna ehtiyac varmı? - TƏHLİL

17:24 - 15 / 04 / 2021
Azərbaycan öz gücünə münaqişəni həll etdi: Minsk qrupuna ehtiyac varmı? - TƏHLİL

Məlum olduğu kimi, aprelin 13-də ATƏT-in Minsk qrupunun həmsədrləri (Rusiyadan İqor Popov, Fransadan Stefan Viskonti və ABŞ-dan Endryu Şofer) bəyanatla çıxış ediblər.

Həmsədrlər bəyanatlarında atəşkəsin möhkəmlənməsindən məmnuniyyətlərini bildirməklə yanaşı, tərəflərin 9 noyabr 2020-ci il tarixində əldə etdikləri razılaşmanın icrasını yaxından izlədiklərini diqqətə çatdırıblar.

Həmsədrlər ATƏT mandatlarının şərtlərini və bütün bölgə xalqının sabit, dinc və firavan bir gələcəyə olan istəklərini nəzərə alaraq, tərəflərin yaxşı tanıdığı elementlər və prinsiplər əsasında yekun hərtərəfli və davamlı nizamlanmanın əldə edilməsinə xüsusi diqqət yetirilməli olduğunu vurğulayıblar.

Həmsədrlər, həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin fəaliyyətinin davam etməsinə və missiyasının genişləndirilməsinə güclü dəstəyini ifadə edir və tərəfləri bu səylərə dəstək göstərməyə çağırırlar. Həmsədrlər qiymətləndirmə və vasitəçilik rollarını yerinə yetirmək üçün Dağlıq Qarabağ və ətraf bölgələr daxil olmaqla bölgəyə işgüzar səfərləri bərpa etməyə hazır olduqlarını vurğulayırlar. Bu baxımdan, həmsədrlər tərəflərə həmsədrlərin səyahət marşrutu ilə əlaqədar səlahiyyətlərinə və əvvəlki təcrübələrinə uyğun olaraq maneəsiz giriş və maksimum hərəkət çevikliyini təmin etmə tələbini xatırladıblar.

Məlum olduğu kimi, ATƏT-in Minsk qrupunun üç həmsədr dövləti – ABŞ, Fransa və Rusiya 30 ilə yaxın bir müddətdə Dağlıq Qarabağ münaqişəsinin həlli üçün Azərbaycan və Ermənistan arasında vasitəçilik edib. Lakin indiyə qədər onların fəaliyyəti heç bir nəticə verməyib, Ermənistanın işğalı altında olan bir metr belə ərazi azad olunmayıb.

Hər kəsə yaxşı məlumdur ki, fəaliyyət göstərdiyi müddət ərzində Minsk qrupu daha çox Ermənistanın maraqlarına xidmət edib. Həmsədrlər də bundan öz mənafeləri üçün istifadə ediblər. Görünür beşulduzlu otellərdə, ayrıca yemək otağı və içərisi dolu barı olan və heç bir əlavə xərc tələb etməyən lüks nömrələrin dadı hələ də damaqlarında qalıb. Bunu ATƏT-in Minsk qrupunun keçmiş amerikalı həmsədri Riçard Hoqlandın son açıqlamalarından aydın görmək olar:

“Biz beşulduzlu otellərdə, ayrıca yemək otağı və içərisi dolu barı olan və heç bir əlavə xərc tələb etməyən lüks nömrələrdə qalırdıq. Olduğumuz şəhərlərdə ən yaxşı restoranlarda yeyirdik. Yaxşı yaşayırdıq və arabir ATƏT bayrağını qaldıraraq Bakı və İrəvanın yadına Minsk qrupunun mövcud olduğunu salırdıq. Amma lap açıq danışsam çox-çox az iş görülürdü”.

Bu açıqlamadan açıq-aydın görünür ki, həmsədrlər 30 ildə münaqişənin həlli istiqamətində heç bir iş görməyiblər, sadəcə iş görüntüsü yaratmaqla əməlli-başlı kef ediblər və müharibə başa çatandan sonra “biz də varıq” deməklə yenidən özləri üçün mənfəət əldə etməyə çalışırlar. Ancaq “Dartanyan və üç muşketyoru” xatırladan həmsədrlər başa düşmür, ya da düşmək istəmirlər ki, daha Azərbaycanın onlara ehtiyacı yoxdur. Azərbaycan öz gücü hesabına, şəhidlər verərək torpaqlarını işğaldan azad edib. Belə olan halda onların yenidən vasitəçilik missiyasından danışmaları, yenidən bölgəyə səfərlərə başlamaqla nəyi həll etmək istədikləri çox maraqlıdır və ən azından gülünc görünür.

Daha bir məqam həmsədr ölkələrdən biri olan Fransa ilə bağlıdır. O Fransa ki, qondarma “Dağlıq Qarabağ Respublikası”nı tanımaq niyyətində idi. Belə bir niyyəti olan ölkənin təmsilçisinin Azərbaycanın qələbəsini həzm edə bilərmi? Təbii ki, yox. Ona görə də Fransa öncə Minsk qrupuna daxil olmasının şərtlərini xatırlamalıdır və obyektivlik, bitərəflik kimi kriteriyaları kobud şəkildə pozan ölkənin bu prosesdə iştirakının arzuolunmaz olduğunu qəbul etməlidir.

Açıq-aşkar ermənipərəst siyasət yürüdən bir ölkənin bundan sonra da Minsk qrupunun həmsədri kimi fəaliyyət göstərməsi təbii ki, rəsmi Bakını qane edə bilməz. Buna görə də əgər gələcəkdə belə bir Qrupun fəaliyyət göstərməsinə ehtiyac olarsa Fransa tamamilə bu Qrupdan uzaqlaşdırılmalıdır. Bu ölkə Minsk qrupunun həmsədri olmaq haqqını çoxdan itirib.

Xatırladaq ki, Minsk Qrupuna Azərbaycan və Ermənistandan başqa, Belarus, Finlandiya, Almaniya, İtaliya, İsveç və Türkiyə də daxildir. Ən azından balansı qorumaq üçün həmsədrlər yalnız xristian ölkələrdən olmamalı, xüsusən də Türkiyənin burada təmsil olunması təmin edilməlidir.

Politoloq, beynəlxalq münasibətlər üzrə ekspert Nəzakət Məmmədova 1news.az-a açıqlamasında bildirib ki, Minsk qrupu formatına qayıtmağın özü yanlış bir addım olardı:

“Minsk qrupu dedikdə uzun illər aparılan mənasız danışıqlar, Qarabağ münaqişəsinin həlli istiqamətində diplomatik uğursuzluq dövrü yada düşür. Ona görə də Minsk qrupuna qayıtmağın mənası yoxdur. İrəliyə baxmaq lazımdır.

2020-ci ilin sentyabrında yeni bir era başladı və burada böyük uğuru, şanlı qələbəni Azərbaycan öz gücünə, yalnız dost Türkiyənin yardımları ilə qazandı. Belə olan halda Türkiyə ilə ermənipərəst digər həmsədr ölkələri yenidən bir araya gətirmək, eyni tərəziyə qoymaq nə qədər doğru, nə dərəcədə ədalətli olardı?! Azərbaycan Türkiyə ilə yeni bir səhifə açdı və orada artıq Minsk qrupuna yer yoxdur”.

Minsk qrupunun öz ermənipərəst mövqeyi ilə Azərbaycan xalqının etimadını tamamilə itirdiyini deyən politoloqun sözlərinə görə, Minsk qrupu ermənipərəst siyasətini bundan sonra da davam etdirmək istəyir. O, dediklərinin sübutu olaraq sözügedən qurumun yenidən status məsələsini gündəmə gətirmək istəməsini göstərib:

“Əgər onlar münaqişəni doğurdan da haqq-hüquq, beynəlxalq qanunlara uyğun olaraq həll etmək istəsəydilər bu qədər qan tökülməz, hər iki tərəfdən minlərlə insan həlak olmazdı. Üstəlik, Minsk qrupu yenidən status məsələsini gündəmə gətirmək istəyir. Onun əsas məqsədi budur. Status məsələsinin yenidən tərəflər arasında danışıqlar mövzusu olması münaqişəni yenidən alovlandıracaq, yeni müharibə, yeni itkilərə səbəb olacaq. Burada Ermənistanın öz marağı, Minsk qrupu həmsədrlərinin öz marağı var. Azərbaycanın isə heç bir marağı indiyədək nəzərə alınmayıb, bundan sonra da alınmayacaq.

Minsk qrupu formatını gündəmə gətirməklə onun həmsədrləri Türkiyənin uğuruna, nüfuzuna şərik olmağa çalışır, yenidən Azərbaycan ətrafında mürəkkəb bir tor qurub, bizim əl-qolumuzu bağlayıb, öhdəliklər götürməyə məcbur etməyə çalışırlar. Bu, Azərbaycan üçün bir tələdir və ona getmək olmaz. Türkiyənin indi yox, müharibə başlayana qədərki dövrdə prosesə qoşmaq lazım idi. İndi problemi Azərbaycan öz gücü ilə həll etdikdən sonra faydasız, mənasız bir heyət, uğursuz bir ermənipərəst missiya hansı haqla bu prosesə müdaxilə etmək istəyir?! Bu, yolverilməzdir”.

B.Cahandarov

Paylaş:
698

Son xəbərlər

AMB 28 noyabra olan valyuta məzənnələrini açıqladıBu gün, 09:29Bakıda qarlı havalara hazırlıq işləri görülür, texnikalar hazır vəziyyətə gətirilibBu gün, 09:20Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 09:13Zamiqin ifasında səslənən “Ay Laçın” mahnısı Türkiyə serialında – VİDEO27 / 11 / 2024, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb27 / 11 / 2024, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var27 / 11 / 2024, 17:46Cəlilabadda zəlzələ olub27 / 11 / 2024, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır27 / 11 / 2024, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirik27 / 11 / 2024, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEO27 / 11 / 2024, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıb27 / 11 / 2024, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib27 / 11 / 2024, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıb27 / 11 / 2024, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli oldu27 / 11 / 2024, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edib27 / 11 / 2024, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıb27 / 11 / 2024, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAM27 / 11 / 2024, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilib27 / 11 / 2024, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıb27 / 11 / 2024, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQ27 / 11 / 2024, 14:56
Bütün xəbərlər