“The Guardian” YAP-la bağlı məqaləsinə müsbət dəyişiklik edib | 1news.az | Xəbərlər
Siyasət

“The Guardian” YAP-la bağlı məqaləsinə müsbət dəyişiklik edib

14:40 - 19 / 04 / 2021
“The Guardian” YAP-la bağlı məqaləsinə müsbət dəyişiklik edib

“The Guardian” Yeni Azərbaycan Partiyasının (YAP) təkzib müraciətindən sonra “Facebook bizim kimi ölkələrlə maraqlanmır": Azərbaycan trol şəbəkəsi qadağadan bir neçə ay sonra geri qayıdır” sərlöhvəli məqaləsinə düzəliş vermək qərarına gəlib.

1news.az-ın xəbərinə görə, YAP-ın yaydığı məlumatda bildirilir ki, yazıda qeyd edilib ki, bu məqalə nəşrindən sonra YAP-dan və “Facebook”dan verilən məlumatları daxil etmək üçün 15 aprel tarixində redaktə olunub.

Əlavə edilib ki, bu məqalənin dərcindən sonra YAP “Azad söz” səhifəsindəki 6 mart tarixli posta təhqiramiz şərhlər yazan səhifələrlə hər hansı əlaqəsinin olmasını inkar edib.

“Facebook”dan daxil olan məlumatı da məqaləyə əlavə edən “The Guardian” yazıb: “Bazar ertəsi günü şirkət etibarsız davranış qaydalarını pozan və "The Guardian" tərəfindən müəyyənləşdirilən 300-dən artıq səhifəni ləğv etdiyini söyləyib. Bu məqalənin nəşrindən sonra “Facebook” həmin səhifələrin siyahısını nəzərdən keçirdiyini və YAP-la hər hansı əlaqə tapmadığını bildirib”.

1news.az

Paylaş:
533

Son xəbərlər

Bütün xəbərlər