İrəvanda etirazçılar özlərini hökumət binasına qandalladılar | 1news.az | Xəbərlər
Ermənistan

İrəvanda etirazçılar özlərini hökumət binasına qandalladılar

11:19 - 22 / 04 / 2021
İrəvanda etirazçılar özlərini hökumət binasına qandalladılar

İrəvanda bir qrup fəal Nazirlər Kabinetinin qarşısında etiraz aksiyası keçirib.

1news.az bildirir ki, aksiya iştirakçıları baş nazir Nikol Paşinyanın binaya daxil olmasının qarşısını almağa çalışıb.

Bu məqsədlə bir neçə nəfər özünü Nazirlər Kabinetinin darvazasına qandallayıb. Polis həmin qandalları açmaq üçün mişardan istifadə edib.

Aksiya iştirakçıları polis tərəfindən saxlanılıb.

1news.az

Paylaş:
669

Son xəbərlər

Bütün xəbərlər