Səhiyyə nazinin səlahiyyətlərini Teymur Musayev icra edəcək | 1news.az | Xəbərlər
Rəsmi

Səhiyyə nazinin səlahiyyətlərini Teymur Musayev icra edəcək

S.Xankişiyeva16:45 - 23 / 04 / 2021
Səhiyyə nazinin səlahiyyətlərini Teymur Musayev icra edəcək

Prezident İlham Əliyev T.Y.Musayevin Azərbaycan Respublikası səhiyyə nazirinin birinci müavini təyin edilməsi haqqında Sərəncam verib.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, Sərəncamla Teymur Yusif oğlu Musayev Azərbaycan Respublikası səhiyyə nazirinin birinci müavini təyin edilib.

Dövlət başçısının digər Sərəncamı ilə Azərbaycan Respublikası səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra etmək səlahiyyəti səhiyyə nazirinin birinci müavini Teymur Yusif oğlu Musayevə verilib.

Paylaş:
550

Son xəbərlər

Sabahın hava proqnozu

24 / 05 / 2025, 13:02

Azərbaycan nefti bahalaşıb

24 / 05 / 2025, 10:50
Bütün xəbərlər