Cəlilabadda müğənnini öldürüb kolluğa atan icra nümayəndələri həbs edildi | 1news.az | Xəbərlər
Cəmiyyət

Cəlilabadda müğənnini öldürüb kolluğa atan icra nümayəndələri həbs edildi

Qafar Ağayev10:50 - 23 / 04 / 2021
Cəlilabadda müğənnini öldürüb kolluğa atan icra nümayəndələri həbs edildi

Cəlilabad rayon sakininin qətlə yetirildiyi məlum olub.

Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin Mətbuat xidmətlərindən 1news-a daxil olan birgə məlumatda bildirilir ki, 18 aprel 2021-ci il tarixdə Cəlilabad rayon sakini 1963-cü il təvəllüdlü Abdullayev Əflatun İltifat oğlunun avtomobili ilə evdən çıxaraq getməsi və bir daha geri qayıtmaması ilə bağlı Cəlilabad rayon Polis Şöbəsinə daxil olmuş məlumat əsasında aparılan araşdırma zamanı prokurorluq və polis əməkdaşlarının peşəkarlıqla həyata keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində qeyri-aşkar şəraitdə törədilmiş ağır cinayətin “isti izlər”lə açılması təmin edilərək itkin düşmüş şəxsin qəsdən öldürülməsi müəyyən edilib.

Araşdırmalarla Cəlilabad rayon İcra Hakimiyyətinin Təklə kəndi üzrə nümayəndəsi Mahmudov Famil Əzizağa oğlu, Seyidbazar kəndi üzrə nümayəndəsi İsmayılov Zeydulla İsmayıl oğlu və Türkiyə Respublikasının vətəndaşı Kurtoğlu Mehmet Ali İsmet oğlunun Əflatun Abdullayevi qəsdən öldürmələrinə və meyitini Sabirabad rayonu ərazisindəki su kanalının kolluq hissəsinə atmalarına əsaslı şübhələr müəyyən edilmişdir.

Faktla bağlı Cəlilabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.

Famil Mahmudov, Zeydulla İsmayılov və Mehmet Ali Kurtoğlu şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişlər.

Cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, müvafiq ekspertizalar təyin edilmiş, maddi sübutlar götürülmüş, şahidlər dindirilmiş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilmişdir.

Hazırda cinayətin təfərrüatlarının müəyyən edilməsi istiqamətində zəruri və intensiv istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Paylaş:
545

Son xəbərlər

Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib22 / 11 / 2024, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparır22 / 11 / 2024, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTO22 / 11 / 2024, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırış22 / 11 / 2024, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edib22 / 11 / 2024, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJ22 / 11 / 2024, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaq22 / 11 / 2024, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb22 / 11 / 2024, 16:52İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıb22 / 11 / 2024, 16:39Azərbaycan və Almaniya XİN başçıları görüşüb22 / 11 / 2024, 16:24Fərid Əhmədova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib22 / 11 / 2024, 16:19Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır22 / 11 / 2024, 15:56Azad olunmuş ərazilərə getmək istəyənlərin NƏZƏRİNƏ: Dekabr üçün biletlər satışa çıxarılacaq22 / 11 / 2024, 15:50Azərbaycanın turizm imkanları Özbəkistanda sərgilənir22 / 11 / 2024, 15:40Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdi22 / 11 / 2024, 15:37Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlının nəşi 2 ay sonra tapıldı22 / 11 / 2024, 15:11Goranboyda qadın bıçaqlanıb22 / 11 / 2024, 14:55Fuad Axundov COP29-da İrəvan xanlığının tarixindən danışdı - FOTO22 / 11 / 2024, 14:19Qubada iki avtomobil toqquşub22 / 11 / 2024, 14:18İmişlidə ölümlə nəticələnən yol qəzası olub22 / 11 / 2024, 14:02
Bütün xəbərlər