Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin Sədri ilə telefonla danışıb | 1news.az | Xəbərlər
Siyasət

Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin Sədri ilə telefonla danışıb

Qafar Ağayev00:07 - 25 / 04 / 2021
Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin Sədri ilə telefonla danışıb

Aprelin 24-də Milli Məclisinin Sədri Sahibə Qafarova ilə Türkiyə Böyük Millət Məclisinin (TBMM) Sədri Mustafa Şentop arasında telefon danışığı olub.

1news.az-ın məlumatına görə, S.Qafarovanın təşəbbüsü ilə baş tutan telefon danışığı zamanı qardaş ölkə parlamentlərinin spikerləri Amerika Birləşmiş Ştatları Prezidenti Cozef Baydenin qondarma “erməni soyqırımı” ilə əlaqədar verdiyi bəyanatını qınadıqlarını ifadə ediblər.

Milli Məclis Sədri sözügedən bəyanatın tarixi xəta olduğunu və qəbuledilməz xarakter daşıdığını ifadə edib, bu xətadan tezliklə dönüləcəyinə ümidvar olduğunu dilə gətirib.

Parlamentin Spikeri son dövrlər region dövlətləri arasında sülh və hərtərəfli əməkdaşlıq üçün ümidlərin yarandığı və bu tip bəyanatların bu ümidlərin üstündən xətt çəkmək potensialı daşıdığını dilə gətirib.

Tarixin siyasiləşdirilməsinin çox təhlükəli bir meyl olduğunu ifadə edən Milli Məclisin Sədri Azərbaycanın hər zaman qardaş Türkiyəni dəstəklədiyini vurğulayıb.

Qardaş Türkiyənin parlament sədri Mustafa Şentop tutduğu mövqe və göstərdiyi dəstəyə görə Milli Məclisin Sədri Sahibə Qafarovaya təşəkkür edib. TBMM Sədri ABŞ Administrasiyasının atdığı bu addımın böyük bir səhv olduğunu və bu səhvin ən qısa müddətdə aradan qaldırılacağına ümid etdiyini bildirib.

Sonda spikerlər Azərbaycan ilə Türkiyə arasında mövcud olan əməkdaşlıq və parlamentlərarası münasibətlərə dair fikir mübadiləsi aparıblar.

Paylaş:
582

Son xəbərlər

Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib22 / 11 / 2024, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparır22 / 11 / 2024, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTO22 / 11 / 2024, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırış22 / 11 / 2024, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edib22 / 11 / 2024, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJ22 / 11 / 2024, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaq22 / 11 / 2024, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb22 / 11 / 2024, 16:52İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıb22 / 11 / 2024, 16:39Azərbaycan və Almaniya XİN başçıları görüşüb22 / 11 / 2024, 16:24Fərid Əhmədova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib22 / 11 / 2024, 16:19Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır22 / 11 / 2024, 15:56Azad olunmuş ərazilərə getmək istəyənlərin NƏZƏRİNƏ: Dekabr üçün biletlər satışa çıxarılacaq22 / 11 / 2024, 15:50Azərbaycanın turizm imkanları Özbəkistanda sərgilənir22 / 11 / 2024, 15:40Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdi22 / 11 / 2024, 15:37Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlının nəşi 2 ay sonra tapıldı22 / 11 / 2024, 15:11Goranboyda qadın bıçaqlanıb22 / 11 / 2024, 14:55Fuad Axundov COP29-da İrəvan xanlığının tarixindən danışdı - FOTO22 / 11 / 2024, 14:19Qubada iki avtomobil toqquşub22 / 11 / 2024, 14:18İmişlidə ölümlə nəticələnən yol qəzası olub22 / 11 / 2024, 14:02
Bütün xəbərlər