Məzahir Pənahov yenidən MSK-nın sədri seçildi | 1news.az | Xəbərlər
Siyasət

Məzahir Pənahov yenidən MSK-nın sədri seçildi

16:59 - 27 / 04 / 2021
Məzahir Pənahov yenidən MSK-nın sədri seçildi

Məzahir Pənahov yenidən Mərkəzi Seçki Komissiyasının (MSK) sədri seçilib.

1news.az-ın Trend-ə istinadən məlumatına görə, bu gün MSK-nın yeni tərkibdə ilk iclası keçirilib.

İclasda təşkilati məsələlərə baxılır, həmçinin MSK üzvləri komissiyanın sədrini və katibini seçiblər.

Sədr vəzifəsinə Məzahir Pənahov, katib vəzifəsinə Arifə Muxtarova və Mikayıl Rəhimov seçilib.

Paylaş:
429

Son xəbərlər

Bütün xəbərlər