Samsung The Sero – dünyanın ilk dönən televizoru – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Samsung The Sero – dünyanın ilk dönən televizoru – FOTO

S.Xankişiyeva10:00 - 28 / 04 / 2021
Samsung The Sero – dünyanın ilk dönən televizoru – FOTO

XXI əsrin istehlakçısı, günümüzdə daha çox onun həyat tərzini özündə əks etdirən cihazlara ehtiyac duyur. İndi bizim daha çox funksionallığı olan və bizə uyğunlaşan məhsula ehtiyacımız var, belə ki, cihaz bizim bütün tələblərimizə cavab verməlidir.

Beləliklə, istehlakçılarının istəklərini dinləyən və əsas tutan Samsung dünya ilk şaquli televizor olan "Sero"-nu təqdim etdi. Bəli, düzgün eşitdiniz, yeni formatı ilə istehlakçılara televizor istifadəsində tamamilə yeni təcrübə təqdim edən "şaquli" televizor.

Beləliklə, Sero, smartfonu və ya planşeti çevirdiyiniz kimi, ekranın mövqeyini üfüqi və şaquli vəziyyət arasında dəyişə bilir. Gəlin razılaşaq ki, bu çox rahatdır, belə ki indi sosial şəbəkələrdən asanlıqla istifadə edə və ya dostlarınıza şəkillərinizi “dartınmalar” və qara çərçivələr olmadan nümayiş edə bilərsiniz.

Adı Koreya dilindən tərcümədə “şaquli” mənasını ifadə edən bu yeni televizor haqqında ən dolğun məlumatı, şübhəsiz ki, dünyaya bu qeyri-adi cihazı bəxş edən insanlar təqdim edə bilərlər. Beləliklə, Sero-nun yaradılmasına rəhbərlik edən Samsung Electronics-in Vizual Görüntülər Bölməsinin Televizor Məhsullarının Planlaşdırması komandasından Hyun Kil, Kris Co və Don Uk Xan bu gün yeni məhsulun sirlərini bizimlə bölüşəcəklər.

Komanda qeyd edir ki, cihazın yaranmasına aparan uzun yol, ilk növbədə, istehlakçı davranışı ilə bağlı geniş araşdırmaların təşkilindən başlamışdır. Bu tədqiqat zamanı, müəyyən olumuşdur ki, hazırda multimedia formatlarını istehlak etmək üçün televizor, kompüter, planşet və smartfonlar kimi çox sayda cihazlardan geniş istifadə olunur. Əlavə olaraq, günümüzdə daha çox insanın video yayım xidmətlərindən istifadə etdiyi təyin edilmişdir. Qeyd edək ki, burada fotoşəkil və videolar kimi ənənəvi vizual məzmunun əksəriyyəti üfüqi formatda, lakin sosial şəbəkələr və ya oyun məzmunları isə daha çox şaquli formatda yayımlanır. Bir çox musiqi videosu və konsert materialları isə məxsusi olaraq şaquli formatda yaradılır və bu tendensiya getdikcə daha da sürətlənir. Hyun Kil bu barədə qeyd edir ki, "Bu səbəbdən, istifadəçiyə istənilən məzmunun istifadənsində yeni təcrübə bəxş etmək üçün onu daha geniş ekranda yayımlamaq istədik." Mobil rabitə dövrdə media istehlakının istiqamətinə yönlənərək, tərtibçilər, smartfonda əks etdirilən məzmundan asılı olaraq öz istiqamətini üfüqi və şaquli vəziyyət arasında avtomatik dəyişə bilən, “dönən” ekranla təchiz olunmuş ilk televizoru - Sero-nu dünyaya tanıtdı.

Beləliklə, Sero-nun əsas xüsusiyyətlərindən biri smartfon ekranını “güzgü kimi” əks etdirmək qabiliyyətidir. Bu baxımdan Sero, müstəsnadır cihazdır, belə ki, məzmunu əks etdirərkən smartfonunuzun üfüqi və ya şaquli vəziyyətdə olmasından asılı olaraq, ekran istiqamətini avtomatik dəyişə bilir. Xan izah etdir ki, "Smartfon ekranının proyeksiya edilməsi zamanı, siz həm də qüsursuz görüntüdən zövq ala bilirsiniz, bellə ki, Sero-nun displeyində əks edilən məzmun maşın öyrənməsi üzərindən işləyən süni zəkadan istifadə edilərək miqyaslaşdırılır." Ən əsası isə burada, smartfonu televizora qoşmaq üçün sadəcə Tap View funksiyasından istifadə etmək kifayətdir ki, kabellər və ya portlar vasitəsilə qoşulma tələb olunmur. Ayrıca, cihaz həm də aydın səsin ötürülməsini təmin edir ki, "Sero-nun dinamikləri dinləyici ilə üzbəüz qurraşdırıldığı üçün zəngin və aydın səsləndirmə təqdim edir" deyə Kris Co izah etmişdir.

Yeni televizorun daha bir vacib xüsusiyyətinə də diqqət yetirmək istərdik ki, Sero, divar və ya dayaq üzərində qurraşdırılması tələb olunan digər televizorlardan fərqli olaraq, istifadəyə hazır bir məhsuldur. Beləliklə, sözü gedən bu televizoru sadəcə gövdəsindən istifadə edərək istədiyiniz kimi asanlıqla məkanda yerləşdirə bilərsiniz, onun minimalist dizaynı sayəsində isə cihaz istənilən interyerə mükəmməl uyğunlaşacaqdır. Belə ki, dizaynın yaradılması prosesində Sero-nun görünüşündə hər bir xırda detal nəzərə alınmışdır.

Siz hələ də televizorun yalnız qonaq otağında yerləşdirilməsi prinsipinə inanarsınız? Bu halda Sero sizi təəcübləndirməyə hazırdır! İstənilən məkanda fərqli və müasir dizaynı ilə seçilən cihaz, həmçinin özünəməxsus gözləmə ekranı funksiyaları da təklif edir. Belə ki, portret rejimini işə salmaqla, istifadəçi televizordan istifadə etmədiyi hallarda saat, hava və ya öz məzmunu kimi müxtəlif məlumatları ekranda əks etdirə bilər.

Sero sizin həyat tərzinizi səciyyələndirən bir cihaz kimi hazırlanmışdır. Sözü gedən televizor istər evdən işlədiyiniz hallarda, istərsə də aktiv sosial şəbəkələr istifadəçisi olub, minlərlə abunəçini yeni obrazlarınızla sevindirdiyiniz hallarda, əvəz edilməz köməkçidir. Bu bənzərsiz televizorun istifadə sahələri yalnız sizin təxəyyülünüzlə məhdudlaşır, belə ki, Sero restoranda menyu tablosu və ya gəlinlik salonunda əyləncə üçün quraşdırılmış ekran kimi istifadə edildiyi zaman belə, sizə məxsus xüsusi dizaynınızın parlaq və qeyri-adi bir elementi olacaqdır.

Samsung The Sero televizorları haqqında ətraflı məlumatı Baku Electronics, Irşad Electronics, Kontakt Home, Maxi.Az, Soliton, Optimal və World-Telecom mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.

Reklam hüququnda

Paylaş:
287

Son xəbərlər

Xızıda kanalda meyiti tapılan şəxsin kimliyi məlum olubBu gün, 17:45Qazaxda yaşadığı evdə narkotik vasitə və odlu silah saxlayan şəxs saxlanılıbBu gün, 17:38Şimşək çaxacaq, yağış yağacaq - XƏBƏRDARLIQBu gün, 17:19İlham Əliyev Rusiyaya səfərə gəlib - FOTOBu gün, 16:59NİİM: Ziya Bünyadov prospekti istiqamətində təmirə görə sıxlıq yaranıbBu gün, 16:19MEDİA: Azərbaycan Prezidenti adından saxta məlumat yayılıbBu gün, 16:02Bakıda qazanxanadakı partlayışla bağlı araşdırmalara başlanılıbBu gün, 15:44Sabirabadda dayı bacısı oğlunu avtomobillə vurubBu gün, 15:25Həyat yoldaşı Leyla və 8 aylıq körpəsini öldürən şəxs ömürlük azadlıqdan məhrum edilibBu gün, 14:49Xaricdə təhsil almış 233 nəfərin diplomu tanınmayıbBu gün, 14:07“Suriya və İraqdan 8 Azərbaycan vətəndaşı repatriasiya edilib” - XİNBu gün, 13:32Sabahın hava proqnozuBu gün, 13:19Umico.az-da ilk alış-verişinizi kreditlə aylıq cəmi 0.33 %-dən başlayan komissiya ilə edin!Bu gün, 11:49Kapital Bank-ın Depozit lotereyasının 1-ci tirajının qalibləri bəlli olduBu gün, 11:32Göygöldə əqrəb sancan müəllim ölübBu gün, 11:13Binədə düşən davada bir nəfər bıçaqlanıbBu gün, 10:41“Kontakt”ın “Şeş-Qoşa” kampaniyasında daha bir avtomobil uduldu: Kampaniya noyabradək uzadıldıBu gün, 10:22DİN "toy karvanı" iştirakçılarına müraciət edibBu gün, 10:17Bakıda hərbi sursatlar aşkarlanıbBu gün, 10:11Anar: “Yazıçılar İttifaqının iki min neçə üzvü varsa, deməli, hamısı Elzadan yaxşı yazır?” - FOTO - VİDEOBu gün, 10:00
Bütün xəbərlər