Minalar əleyhinə milli standartlar hazırlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Minalar əleyhinə milli standartlar hazırlanıb

17:25 - 29 / 04 / 2021
Minalar əleyhinə milli standartlar hazırlanıb

“Biz çox vacib hüquqi-normativ sənədlər hazırlamışıq”.

1news.az-ın APA-ya istinadən məlumatına görə, bunu Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyəti sədrinin müavini Samir Poladov “İkinci Qarabağ müharibəsi və minalar” adlı vebinarda çıxışında deyib.

Samir Poladov bildirib ki, buraya standartlar da daxildir: “Minalar əleyhinə milli standartlar hazırlanıb. Bununla yanaşı, minalardan təmizləmə prosesində iştirak edən bütün tərəflərin əlaqələndirmə mexanizmi hazırlanıb. ANAMA təşkilatı hazırda kifayət qədər çətin və mürəkkəb dövrü yaşayır. Minalardan təmizləmə ilə bağlı ehtiyacların qarşılanması üçün əlimizdən gələni əsirgəmirik. Bir çox şirkətlərin Azərbaycanda iş və fəaliyyət aparmaq maraqları var. Gələcəkdə bu təşkilat və şirkətlərin fəaliyyəti üçün əlaqələndirmə işi vacibdir.

Minalardan çirklənmiş ərazilərdə bir sıra risklər var. Bu minalar əsasən, Rusiya və Ermənistan istehsalı olan tank və piyada əleyhinə olan müxtəlif növ minalardır. Çox nadir hallarda yalnız bir növ minalara rast gəlirik. Çox yerdə qarışıq minalar yerləşdirilib. Qəlpələr çox sayda olduğu üçün onların neytrallaşdırılması çox çətinləşir. Külli sayda partlamamış hərbi sursatlar da əlavə problemdir”.

1news.az

Paylaş:
331

Son xəbərlər

COP29: Azərbaycan qlobal danışıqlar platforması statusunu gücləndirirBu gün, 21:18Xızıda kanalda meyiti tapılan şəxsin kimliyi məlum olubBu gün, 17:45Qazaxda yaşadığı evdə narkotik vasitə və odlu silah saxlayan şəxs saxlanılıbBu gün, 17:38Şimşək çaxacaq, yağış yağacaq - XƏBƏRDARLIQBu gün, 17:19İlham Əliyev Rusiyaya səfərə gəlib - FOTOBu gün, 16:59NİİM: Ziya Bünyadov prospekti istiqamətində təmirə görə sıxlıq yaranıbBu gün, 16:19MEDİA: Azərbaycan Prezidenti adından saxta məlumat yayılıbBu gün, 16:02Bakıda qazanxanadakı partlayışla bağlı araşdırmalara başlanılıbBu gün, 15:44Sabirabadda dayı bacısı oğlunu avtomobillə vurubBu gün, 15:25Həyat yoldaşı Leyla və 8 aylıq körpəsini öldürən şəxs ömürlük azadlıqdan məhrum edilibBu gün, 14:49Xaricdə təhsil almış 233 nəfərin diplomu tanınmayıbBu gün, 14:07“Suriya və İraqdan 8 Azərbaycan vətəndaşı repatriasiya edilib” - XİNBu gün, 13:32Sabahın hava proqnozuBu gün, 13:19Umico.az-da ilk alış-verişinizi kreditlə aylıq cəmi 0.33 %-dən başlayan komissiya ilə edin!Bu gün, 11:49Kapital Bank-ın Depozit lotereyasının 1-ci tirajının qalibləri bəlli olduBu gün, 11:32Göygöldə əqrəb sancan müəllim ölübBu gün, 11:13Binədə düşən davada bir nəfər bıçaqlanıbBu gün, 10:41“Kontakt”ın “Şeş-Qoşa” kampaniyasında daha bir avtomobil uduldu: Kampaniya noyabradək uzadıldıBu gün, 10:22DİN "toy karvanı" iştirakçılarına müraciət edibBu gün, 10:17Bakıda hərbi sursatlar aşkarlanıbBu gün, 10:11
Bütün xəbərlər