Qırğızıstan və Tacikistan münaqişənin həllinə dair bəyanat imzalayıblar | 1news.az | Xəbərlər
Dünya

Qırğızıstan və Tacikistan münaqişənin həllinə dair bəyanat imzalayıblar

10:32 - 30 / 04 / 2021
Qırğızıstan və Tacikistan münaqişənin həllinə dair bəyanat imzalayıblar

Qırğızıstan-Tacikistan sərhədində Tacikistan sərhədçiləri ilə Qırğızıstan vətəndaşları arasında qarşıdurmada baş verib.

1news.az-ın məlumatına görə, münaqişə nəticəsində 20 Qırğızıstan vətəndaşı həyatını itirib, hər iki tərəfdən 150 nəfər yaralanıb. Bu ölkənin Səhiyyə Nazirliyinin məlumatına görə, yaralılardan 25-i xüsusi təyyarə ilə Batkendən Bişkekə aparılıb. Onlar Bişkek Tədqiqat Travmatologiya və Ortopediya Mərkəzində, Milli Xəstəxanada və Milli Cərrahiyyə Mərkəzində yerləşdiriliblər. Yaralılardan ikisinin vəziyyəti ağır, qalanlarının vəziyyəti isə orta ağır və nisbətən qənaətbəxş kimi qiymətləndirilir.

Qırğızıstan münaqişə bölgəsindən 13.5 min nəfər vətəndaşını təxliyə edib.

Hazırda insidentin səbəbləri ilə bağlı araşdırma aparılır.

Bu arada, Qırğızıstan və Tacikistan Batken və Suğd vilayətlərinin sərhəd bölgələrindəki silahlı münaqişənin həllinə dair bəyanat imzalayıblar.

Trend-in "Kabar"a istinadən verdiyi məlumata görə, bəayantda bildirilir ki, tərəflərin təşəbbüsü ilə yaradılmış komissiya sərhəddəki hadisənin səbəblərini və nəticələrini müzakirə edib.

Müzakirələrin yekunları üzrə tərəflər bir sıra məsələlər üzrə razılığa gəliblər:

- silahlı münaqişənin dayandırılması;

- şəxsi heyəti və hərbi texnikanı daimi yerlərinə qaytarmaq;

- gərginliyin artmasının qarşısını almaq üçün tədbirlər görmək;

- planlaşdırılan tədbirlərin tam icrası üçün iki ölkənin hüquq-mühafizə orqanlarının əməkdaşları və icra hakimiyyəti orqanlarının əməkdaşlarından birgə işçi qrupu yaratmaq;

- iki dost xalqın və dövlətin mənafeyi naminə səmərəli danışıqlar prosesi üçün müvafiq sabitləşdirici şərait yaratmaq.

1news.az

Paylaş:
567

Sizin üçün xəbərlər

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər