Ermənistanın hərbi cinayətlərini beynəlxalq komissiya araşdıracaq | 1news.az | Xəbərlər
Siyasət

Ermənistanın hərbi cinayətlərini beynəlxalq komissiya araşdıracaq

S.Xankişiyeva11:27 - 30 / 04 / 2021
Ermənistanın hərbi cinayətlərini beynəlxalq komissiya araşdıracaq

Qarabağda hərbi cinayətlərin araşdırılması üçün iki ölkə - Azərbaycan və Türkiyə arasında birgə komissiya yaradılıb.

Bunu Trend-ə açıqlamasında Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıç deyib. O qeyd erdib ki, yaradılan komissiyada 30-dan çox ölkənin nümayəndəsi iştirak edir və yaxın günlərdə araşdırmalara start veriləcək:

“Komissiya Azərbaycan Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyevin təklifi, Dünya Türk Yazarlar Birliyi başqanı Salih Kurt və İslam Ölkələri Alimlər Birliyinin baş direktoru, professor Bayram Altanın təşəbbüsü ilə yaradılıb. Burada 30 ölkədən nümayəndlər var ki, mən də həmin şəxslərdən biriyəm. Komissiyanın məqsədi 44 günlük Vətən müharibəsi dövründə işğalçı ermənilərin qardaş Azərbaycan xalqına qarşı törətdiyi hərbi cinayətlərin araşdırılmasıdır.

Bildiyimiz kimi müharibə dövründə erməni silahlı qüvvələri Gəncə və Bərdəyə istifadəsi qadağan olunan raketlər atıb, mülki əhaliyə qarşı qətliam həyata keçiriblər. Araşdrımalarımız məhz bu yöndə olacaq. Məqsədimiz Ermənistanın faşizm siyasətini bütün dünyaya göstərməkdir".

Hulusi Kılıç əlavə edib ki, komissiyanın fəaliyyətində həmçinin elm adamları və din xadimlərinin də iştirakı nəzərdə tutulub: “Onlar Qarabağ bölgəsində məscidlərə və abidələrə dəymiş ziyanı araşdıracaqlar”.

Paylaş:
290

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEO27 / 11 / 2024, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb27 / 11 / 2024, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var27 / 11 / 2024, 17:46Cəlilabadda zəlzələ olub27 / 11 / 2024, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır27 / 11 / 2024, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirik27 / 11 / 2024, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEO27 / 11 / 2024, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıb27 / 11 / 2024, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib27 / 11 / 2024, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıb27 / 11 / 2024, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli oldu27 / 11 / 2024, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edib27 / 11 / 2024, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıb27 / 11 / 2024, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAM27 / 11 / 2024, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilib27 / 11 / 2024, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıb27 / 11 / 2024, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQ27 / 11 / 2024, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEO27 / 11 / 2024, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEO27 / 11 / 2024, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıb27 / 11 / 2024, 14:16
Bütün xəbərlər